Randevu Al Bizi Arayın+90 212 385 31 00

Ana / ata xərçəng olduqda…. Uşaqlara nə deyəcəyik?

anne-baba-kanser-olunca-cocuklara-nediyecegiz-one-cikan

anne-baba-kanser-olunca-cocuklara-nediyecegiz

Çətin anlarda birlikdə mübarizə aparmaq münasibətləri  və əlaqələri gücləndirir; bizə həyatda mübarizə aparmanın fərqli yollarını öyrədir.

Həddi-buluğa çatmamış (0-18 yaş), (deperdent children olaraq da təsvir edilir) məktəb çağında olan xərçəng xəstələrinin xəstəlik prosesində ən çox çətinlik çəkdikləri mövzu; xəstəliyi uşaqlarına necə başa salacaqları, hansı dərəcədə başa salacaqları, uşaqlarını bu prosesdə necə qoruyacaqlarına dair suallardır.

Washington Universitetində 35 ildir valideyni xərçəng xəstəsi olan sağlam uşaqlar və ailələrlə işlər aparan Prof. Fran Levis və Ellen Zahlisin 700-dən araşdırma nəticələrinə və öz mədəniyyətimiz daxilindəki klinik müşahidələrimizə əsaslanaraq bu prosesdə nələr baş verdiyinə qısaca xatırlatmaq istəyirəm.

Evdəki atmosferin dəyişilməsi:

Valideynlərdən biri xərçəng diaqnozu aldıqda , bir tərəfdən şok edici və sarsıdıcı psixoloji təsirlərini yaşarkən, digər tərəfdən intensiv bir müalicə prosesi və təşkili başlayır. Evdə telefonlar zəng çalır, evə gəlib gedən ziyarətçilərin sayı artlb azala bilər, valideynlərin ikisi də qayğı, həyəcan, narahatlıq içindədir. Evdəki atmosfer dəyişikliyi, valideynlərin vəziyyətində olan dəyişikliyi uşaqlar həmin an hiss edir. Sadəcə bunu anlamaqda çətinlik çəkə bilər, ya da səhv şərh edə bilərlər. (dünən axşam yeməyimi yemədiyim üçün anam xəstələndi, kimi). Nə qədər gizlətməyə çalışılsa belə, bir sıra danışıqların şahidi olur və anlamağa çalışırlar. Körpələr belə anaları gərgin olarkən yuxuya getməkdə şətinlik çəkir.

Valideyn funksiyalarında rol dəyişikliyi

Artıq tez-tez xəstəxanaya və müalicəyə gedən, əlavə təsirlər səbəbi ilə istirahət etməsi zəruri olan valideyn və ona bu prosesdə kömək eddən digər valideynin uşaqları ilə keçirdikləri zaman təbii olaraq azalır. Hər zamankı qədər oyun oynaya bilmir, hər zamankı kimi tapşırıqlarına nəzarət edə bilmir məsələn. Həyati əhəmiyyət kəsb edən bir məsələ olaraq valideynlik fəaliyyətində bir azalma olur. Bizim cəmiyyətimizdə geniş ailə modelləri geniş olduğu üçün çox vaxt uşağa qulluq olunması ilə əlaqədar başqa birindən dəstək alınır. (nənəyə, babaya göndərmək, ya da onları evə çağırmaq kimi). Bütün bu dəyişiklikləri uyğun şəkildə uşağa başa salmaq və onun dəyərli və çox istənilən biri olduğunu açıqlamaq əhəmiyyətlidir. Uşağı qorumaq üçün uzaqlaşdırmaq, ana/atasından təcrid etmək, ailə daxilində əlaqələrin zəifləməsinə və uşağın tək, çarəsiz, qayğılı hiss etməsinə səbəb ola bilər.

Həssaslığın yüksəlməsini əks etdirmək/etdirməmək

Müalicə prosesində şok, həyəcan, pessimistlik, yuxu problemləri ortaya çıxır. Bunlar bəzi hallarda güclənərək yüksək səviyyəyə çatır. Məsələn, telefonda biri “necəsən” deyə sual verdikdə duyğulanmaq və ağlamaq kimi… Ya da uşağın verdiyi çətin suallara cavab axtararkən. Ya da həddindən artıq stress altında olduqda əvvəlkinə nisbətən daha acıqlı reaksiya vermək kimi … uşaqlar bu həssaslığı başa düşməyə bilərlər.

Xəstəlik haqqında məlumat vermək/verməmək

Ailə anlayışının əhəmiyyətli olduğu mədəniyyətimizdə  ailə fərdləri bir-birini qorumaq üçün ümumiyyətlə xəstəlik haqqında məlumat verməməyi, ya da qəm –qüssəni biruzə verməməyi seçə bilərlər. Uşağa evdəki bu dəyişiklik prosesində yaşına uyğun  və kifayət edəcək bir açıqlama verməmək onu öz qorxuları ilə, həyəcanları ilə baş-başa buraxmaq deməkdir. Artıq internet  və televizor ilə erkən yaçlarda tanış olan uşaqlar həddindən artıq məlumat əldə edir. Eşitdikləri söhbətlərlə əlaqədar qorxuducu fikirlərə qapıla bilərlər. Digər tərəfdən, uşağa xəstəlik haqqında məlumat verərkən düzgün zaman və mühiti seçmək, onun yaşına uyğun formada (həddindən  artıq tibbi terminlərdən istifadə etməməklə) xəstəliyi başa salmaq  və müalicə prosesində yaranacaq dəyişikliklər haqqında məlumat vermək ən uyğun davranış olacaqdır.

Uşağın psixoloji reaksiyalarının öhdəsindən gəlmək

sistem nəzəriyyəsinə görə ailədəki fərdlərdən biri hər hansı bir dəyişikliyə uğradıqda, sistemdəki digər bütün fərdlərə də təsir göstərir. Yəni, ailədə biri xərçəng diaqnozu aldıqda, bütün ailə fərdləri bu vəziyyəti öz-özlüyündə fərqli formada düşünür. Sağlam uşaqlar da xəstəliyə  evdəki və valideynlərindəki bu dəyişikliyə görə daha aqressiv, içinə qapanmış, anaya yapışmaq, ya da barmaq sormaq kimi erkən dövr xüsusiyyətlərinə geri qayıtmış və s. reaksiyalar göstərə bilər. Üstəlik, xəstəliyin təsiri altında olan valideynlər artıq uşağın reaksiyalarını düzgün qiymətləndirməyə bilər. Xəstəlik, müalicə və bunun gətirdiyi həssaslığa başı qarışan valideynlər üçün uşaqlarının psixoloji reaksiyalarını necə qarşılayacaqları da tez-tez verilən sullardandır.

“Əlaqələri gücləndiririk” proqramı

Məktəb çağında uşağı olan xərçəng xəstəlikli valideynlər üçün bütün bu araşdırma və müşahidələrə əsaslanaraq Vaşinqton Universitetindən Prof. Ellen Zahlis  və Fran Levisin planlaşdırdığı “Əlaqələri gücləndiririk” proqramı ana, ya da ataya tək-tək təqdim olunan bir təlim proqramıdır.

Bu proqramda ana\ata öz ruh yüksıkliyini necə idarə edə biləcəklərini, uşaqları ilə xəstəlik haqqında necə danışacaqlarını, bu prosesdə uşaqlarının nələr keçirdiyini düzgün müşahidə etməyi, şərh etməyi və bunlara uyğun müdaxiləni şəxsən özləri necə göstərəcəklərini  öyrənir  və təcrübədən keçirirlər.

2 həftə fasilələrlə 5 seansda başa çatan “Əlaqələri gücləndiririk-xərçəngdə ailədaxili ünsiyyət təlimi” Amerikada 6 əyalətdə test edilmiş və həm ana/atanın, həm uşağın depressiya səviyyəsinin azalmasına, qalıcı şəkildə ailə daxilində ünsiyyət bacarıqlarının  və ailə bağlarının güclənməsinə, valideynlik bacarıqlarının yaxşılaşmasına çalışdığı sübut olunmuşdur.

Ödənişsiz olaraq bu proqramı almaq istəyənlər xahiş edirik bizimlə əlaqə yaratsın 0533 340 57 77

Psixoonkoloq Elçin Biçer

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.