Randevu Al Bizi Arayın+90 212 385 31 00

Xərçəngdə Ailədaxili Ünsiyyət Proqramı: Əlaqələri Gücləndiririk

Xərçəng diaqnoz və ya müalicəsi almış valideynlərə istiqamətlənmiş ABŞ, Orta və Şərqi Avropa, Cənubi Amerika ilə Yaponiyada tətbiq olunan “Əlaqələri gücləndiririk ” proqramının Türkiyə ayağı başlanıldı.

Neolife Tibb Mərkəzi onkoloji xəstələrin həyatına yeni bir pəncərə açır

Onkologiya sahəsində mütəxəssis kadr və qabaqcıl texnologiyalarla birlikdə sosial, mədəni və bədii layihələri ilə də adı çəkilən Neolife Tibb Mərkəzi  xərçəng diaqnoz və ya müalicəsi almış valideynlərə yönələrək Türkiyədə ilk dəfə həyata keçirilən “Əlaqələri gücləndiririk / Xərçəngdə ailədaxili ünsiyyət proqramı”na start veririk. Bu il İstanbul, Adana, Eskişehir və Trabzonda ödənişsiz olaraq tətbiq olunacaq proqram ilə 100 ailə ilə əlaqə yaradılması məqsədi ortaya qoyulmuşdur. Təxminən 3 ay davam edəcək layihəyə dəstək verənlər isə Adana Büyükşehir Bələdiyyəsi və Eskişehir Büyükşehir Bələdiyyəsi

Neolife Tibb Mərkəzi Vaşinqton Universitetinin professorlarından FRances Marcus Levis ilə komandası tərəfindən inkişaf etdirilən və ABŞ, Orta və Şərqi Avropa, Cənubi Amerika  və Yaponiyada tətbiq olunan “The Enhancing Connections (EC) Programme” in (Əlaqələri Gücləndirmə Proqramı) Türkiyə ayağını həyata keçirmək üçün düyməyə basdı.

Layihənin ilk bölməsində Levis və Zahlis ailələr üçün inkişaf etdirdikləri konsultasiya proqramını sahədəki psixoloqlara tanıtmaq və tətbiq olunacaq vəziyyətə gətirmək üçün 17-18-19 sentyabr tarixləri arasında 10 könüllü mütəxəssis psixoloqla  Boğaziçi Məzunlar Dərnəyində üç günlük bir seminar keçirdi.

Bu təlimdən sonra 10 mütəxəssis psixoloq İstanbul, Adana, Eskişehir və Trabzonda xərçəng diaqnoz/müalicəsi almış və 5-18 yaş qrupunda uşaqları olan ümumi 100 valideynə 10 həftə davam edəcək 5 seanslıq konsultasiya xidməti göstərmək üçün yola düşür.

Ünsiyyət həyatı asanlaşdırır

Proqramın məqsədi bu formada sıralanır:

  • Xərçənglə mübarizədə ailə əlaqələrini və uşaqları psixososial olaraq dəstəkləmək və qorumaq,
  • Müalicə prosesinin valideyn və uşaq üçün psixo-sosial baxımdan daha rahat keçməsini təmin etmək
  • Xəstəlikdən sonra bu travmatik problemə dair qalıqların minimuma salınmasını təmin etmək
  • Ailə vəhdətinin qorunması və dəstəklənməsi,
  • Valideynlərin uşaqlarını düzgün başa düşmələri və uyğun müdaxilə göstərmələrini təmin etmək,
  • Ailədaxili qalıcı ünsiyyət bacarıqlarının əldə olunması

Proqramın uşaqlar üçün faydalı olacağını qeyd edən mütəxəssislər uşaqların xəstəliyi internetdən araşdıraraq zehinlərində pis ssenarilər qura biləcəyinə diqqət edərək “Uşaq artıq onunla daha az oynanıldığını, daha az danışıldığını, daha az vaxt keçirildiyini, maraqlanılmadığını hiss edir. Xəstəliyin onun üzündən olduğunu düşünür, hətta ana/ ataları tərəfindən sevilmədiklərini zənn edə bilərlər” xəbərdarlığını verir.

Amerikada 6 əyalətdə tətbiq olunmuş, elmi olaraq valideyn və uşaqlarda qısa və uzun müddətdə həyəcan və depressiyanı azaltdığı sübut olunan  proqram bütün ailə fərdlərinin xəstəliklə mübarizə aparma bacarığına müsbət istiqamətdə təsir etdiyi kimi, uşaqların davranış və emosionallıq fəaliyyətini artıraraq, xəstəliklə mübarizə aparmanı da asanlaşdırır.

“Çətin problemlərin cavabları….

Proqram əsasında  xərçəng diaqnoz və / və ya müalicəsi alan ailələrin “Xəstəliyi uşağıma necə başa salmalıyam, hansı dərəcədə başa salmalıyam, uşağım məni gördükdə nə hiss edir, uşağımın verdiyi suallara necə cavab verəcəyəm” kimi cavablandırılması  çətin olan suallara uyğun cavablar tapması, xəstəliklə əlaqədar ana-atanın uşaqları ilə uyğun ünsiyyətin qurulması, qarşılıqlı olaraq bir-birlərini başa düşüb bir-birlərinə ən yaxşı şəkildə dəstək ola bilmələri üçün bir sıra konsultasiya xidməti göstərilir.

Türkiyədə psixo-onkoloji diaqnoz və / və ya müalicə almış valideynlərin uşaqları ilə ünsiyyəti mövzusunda həyata keçiriləcək bir seminar olması baxımından ilk olan Neolife Tibb Mərkəzinin  bu əhəmiyyətli layihəsinin önümüzdəki illərdə də davam etdirilməsi məqsədi güdülür.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.