Randevu Al Bizi Arayın+90 212 385 31 00

Braxiterapiya

brakiterapi-header

Yunan dilində “yaxın” mənasını ifadə edən “braxi” sözündən yaranmışdır. Braxiterapiya radioaktiv mənbələrin bədən boşluqlarına və ya toxumaların arasına (müvəqqəti müddətə) yerləşdirilərək, həyata keçirilən bir şüalanma texnikasıdır.

Eksternal (xarici) mülicədən əvvəl və ya sonra tətbiq olunaraq daha yerli bir nahiyəyə yüksək dozalar verilərək, şişin daha mükəmməl nəzarəti təmin olunarkən şişin ətrafındakı həssas toxumaya az doza verildiyi üçün normal toxumaların ağırlaşma ehtimalı aşağı düşür. Braxiterapiya uyğun olan hallarda tək başına kursu təmin etmək üçün də tətbiq edilə bilər.

Braxiterapiya, boyun (servix), prostat, döş və dəri xərçənglərində daha çox istifadə olunan təsirli bir müalicə formasıdır. Braxiterapiya sadəcə yuxarıda qeyd edilən nahiyələrlə məhdudlaşdırılmayıb, bədənin digər nahiyələrində olan şişlər üçün də istifadə oluna bilər. Bu hissələrə nümunə olaraq dil kökü, ağız əsası, dodaq, bronx, burun-udlaq, qida borusu və düz bağırsaq şişləri göstərilə bilər.

 

 

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.