Randevu Al Bizi Arayın+90 212 385 31 00

Övladlarınızla əlaqə yaradın!

cocuklarinizla-iletisime-gecin-300-300

cocuklarinizla-iletisime-gecin

Xərçəng diaqnozu gəldikdə, müalicə və müalicədən sonra həyata uyğunlaşma prosesində ailələr üçün dünya onsuz da rahatlığı olmayan yer kimi görünür. Lakin hələ xəbər tutmadıqlarını zənn etdiyimiz uşaqlara vəziyyət göründüyündən daha çox təsir edir. Televiziyada gördükləri qorxu və dağıntı səhnələri, sinifdə və məktəb şəraitində baş verən  yaxud şahid olduqları mübahisələr, valideynlər arasında baş verən dialoqlar uşaqlara psixoloji baxımdan olduqca çox təsir edir və onlar özlərini yalnız hiss edir. Yaxşıövladınızın sizin köməyinizi hiss etdiyinə necə inana bilərsiniz?

Övladınızla əlaqəni gücləndirin.

Övladınızla aranızdakıəlaqəni gücləndirin. İndiyə kimi nələri eşidib, nələri gördüyünü və fikirlərini öyrənin, hətta çalışın ki, dünyanı narahat edən hadisələr haqqında məlumatı olsun. Bəzən valideynlərə elə gəlir ki, onların danışdıqlarınıövladları eşitmir, lakin uşaqlar nəsə mühüm bir şeyin olduğunu başa düşür. Hətta açıq danışılmasa belə, uşaq evdəki gərginliyin valideynlərdən birinin xəstəliyi ilə bağlı olduğunu fikirləşir. Gənclər də evdəki mühiti görür və danışıqları eşidir, lakin valideynlərə elə gəlir ki, onlar bununla bağlı daha çox şey bilir.

«Bu məsələ ilə bağlı nə eşitmisən» Yaxud məni bu məsələ barədə danışanda eşitdin?» kimi suallar müəyyən mövzu haqqında uşaqlarla danışmaq üçün çox gözəl başlanğıc olmağa kömək edir.

Övladınız bu məsələləri başa düşməyəcək qədər kiçik yaşdadırsa, ona daha artıq bir şey deməyə də bilərsiniz. Əgər övladınızın bu məsələlər haqqında məlumatı olduğunu, nəsə eşitmiş olduğunu fikirləşirsinizsə, onu, fikirlərini sizinlə bölüşmək üçün cürətləndirin.

  • Bu mövzu haqqında nə bilirsiniz?
  • İnsanların dedikləri haqqında nələr fikirləşirsiniz?
  • Xüsusilə səni narahat edən məsələ vardır?

Övladınızın suallarına cavab verməzdən və onun narahatçılığının azalmasına kömək etməzdən əvvəl onun bu məsələ haqqında hiss etdiyini həqiqətən başa düşməyə çalışın.

Beynindəki suallara cavab tapmasına kömək edin

Məsələn, Yaponiyada baş  verən nüvə hücumunun radioaktiv təsirləri və yaratdığı təhlükə haqqında nəsə bilən uşaq süd vəzisi xərçəngi olan anasının radioterapiya müalicəsi keçəcəyini öyrəndikdə narahat ola bilər, təhlükəli olan şeylə müalicənin necə aparılacağı ilə bağlı qorxuya düşə bilər. Belə olan vəziyyətdə övladınıza xərçəngin müalicəsi zamanı istifadə edilən radiasiya onkologiyası (radioterapiya) ilə havada yayılan radiasiya sızmalarının müxtəlif şeylər olduğunu başa salın.

Məsələn;

«Mən xərçəngin bədənimə geri qayıtmasının qarşısını alan, məni xərçəngdən qoruyan müalicə keçəcəyəm. Bu müalicələrdən bir də radioterapiyadır. Bu müalicədə yalnız sinəmdəki xərçəngi məhv edən, xüsusi inkişaf etdirilmiş alətdən istifadə ediləcəkdir. Canını ağrıtmayan, saçlarını tökməyən, radioaktiv olmayacağaım və bu məni qətiyyən xəstə etməyəcəkdir. Əksinə özümü əvvəlki kimi yaxşı hiss edəcəyəm, amma bəlkə bir müddət bir az yorğun hiss edə bilərəm».

«Mənim keçəcəyim radiasiya müalicəsi radiasiya haqqında  narahatlıq doğuran hadisələr haqqında eşitdiklərindən fərqlənir. Orada olan havada sərbəst yayılan, qidaları və insanların bütün bədəninə təsir edən radiasiya sızıntısıdır. Radiasiyaya bu formada məruz qalmaq çox təhlükəli ola bilər, lakin bu mənə, sənə yaxud ailəmizdən heç kimə olmayacaqdır».

Daha sonra övladınıza bu vəziyyəti dostuna necə izah edəcəyini soruşun, verdiyi cavaba görə onun sizi necə başa düşdüyünü biləcəksiniz. Yaşca daha böyük olan övladlarınıza mövzu ilə bağlı necə düzgün məlumat əldə edə biləcəklərini deyin. Onları nüvə enerjisi, radiasiya müalicəsi və bu kimi mövzularda məlumat əldə edə biləcəkləri internet səhifələrinə istiqamətləndirin.

Övladınıza kömək edin.

Övladınıza belə mövzuları başa salmağınız və ona kömək etməyiniz üçün bəzi tövsiyələr;

  • Azyaşlıövladlarınızla birlikdə olarkən onları ruhdan salan, qorxudan hadisələrdən danışan və ya daha əvvəl gördükləri və onları narahat edən xəbərləri görməmələri üçün onlarla birlikdə olarkən televizoru qoşmayın. Daha böyük yaşda olan övladlarınızla televizora baxarkən onların suallarına cavab verə bilərsiniz, onların reaksiyasını qiymətləndirə bilərsiniz. Eləcə də övladlarınıza televizorda baxdıqlarının bəzən onlara təsir edə biləcəyini və beləşeylərə baxmalı olmadıqlarını xatırlatmalısınız. Bəzi valideynlər övladlarının televizorda qorxunc kadrlara baxmaqdansa, radio və qəzetlərdən baş verənlər haqqında məlumat əldə etmələrini tövsiyə edir.
  • Ailə üçün xüsusi vaxt ayırın və övladınızla daha çox vaxt keçirin. Onlarla birlikdə olarkən və ya yemək yeyərkən televizoru və telefonu söndürün. Gün ərzində özünüzə övladınızla keçirmək üçün vaxt ayırın yaxud müxtəlif tədbirlər hazırlamağa çalışın. Övladınıza, qorxduqlarışeyləri sizə danışmalı olduqlarını, öz-özlüyündə narahatçılıq keçirmələrinin səhv olmasını onlara tez-tez izah edin. Əgər narahatçılıqlarını sizə danışsalar, onlar öhdəsindən gəlmək üçün birlikdə plan hazırlayacağınızı onlara xatırladın. Narahatçılıqlarını sizinlə bölüşməyib gizlətsələr, sizin təxmin etməyə məcbur olacağınızı vəəksərən onların narahatçılıqlarını aradan qaldıra bilən təklifləri verə bilməyəcəyinizi deyin.
  • Yentiyetmələrin də narahatçılıqları ilə bağlı danışmağa ehtiyacı vardır. Həyat yoldaşınızla, dostunuzla və ya ailənin digər üzvləri ilə narahatçılıqlarınızı bölüşmək üçün, uşaqlardan uzaq olmaqla, vaxt ayırın. Narahatçılıqlarını müəyyən edib onları digər yeniyetmələrlə bölüşdükdə yaxşı dinləyici olmağın ən gözəl yolunu tapacaqsınız.
  • Uşaqlar bir qayda olaraq özlərini daha az təhlükəsiz hiss edərsə, onlar üçün gündəlik proqramlar və rutinlər yaratmağınız onların özünü daha etibarlı hiss etmələrinə kömək edəcəkdir. Gün ərzində nə olacağını bildikdə onlar rahat olur. Uşaqların və gənclərin özlərini daha təhlükəsiz hiss etmələri üçün sağlamlıqlarını və özlərini qorumaq naminəəslində edəcəyimiz şeyləri qeyd edərək də kömək edə bilərsiniz. Məsələn, maşında kəmərlərini taxmalarını, velosipedə kaskasız minməmələrini yada salmaq, sağlam qidalanmaları və idman etmələrini demək yaxud ən sadəsi yolu keçərkən sağa və sola baxmağı unutmamalarıüçün tənbeh etmək.
  • Dünyanın hər yerində vəətrafında olan insanlara kömək etməyin və onları qorumağın yollarını göstərmələri üçün övladlarınıza imkan yaradın. Hər bir gənc və uşaq istəyər ki, kömək etmək üçün öz yolunu tapsın.
  • Evdəki xoşagəlməz vəziyyətlərdə uşaqların ən düzgün formada necə davranmaları ilə bağlı onları istiqamətləndirdiyimiz üçün bizə göz qoyduqlarını unutmayın.
Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.