Randevu Al Bizi Arayın+90 212 385 31 00

Döş şişlərində ən təsirli diaqnoz metodu “Tomosintez”

Dijital Mamografi (Tomosentez)

Rəqəmsal Maamoqrafiya (tomosintez)

Mammomat İnspiration Prime Edition” mammoqrafiya – tomosintez cihazı görüntü keyfiyyətində heç bir güzəşt olunmadan xəstələrin məruz qaldığı şüa dozasını yüzdə 30-a qədər azaldan ilk Rəqəmsal mammoqrafiya tomosintez sistemidir.

mammomat-inspiration-02

Mammoqrafiya cihazında əsas mexanizm buraxılan X şüasını döş orqanının daxilindən keçirərək görüntü yaradır. Buraxılan X şüasında xoşagəlməz yayılmalar qaçılmaz olub, hər zaman yaranır.  Yayılmış radiasiya isə “grid” adı verilən mexanizmlərlə aradan qaldırılır və griddən istifadə mammoqrafiya çəkilməsi zamanı daha yüksək dozada radiasiya ilə işləmək zəruriliyini yaradır.

Cihaz yayılmış radiasiyanı düzəldən yeni bir proqram təminatına sahibdir. Bu proqram təminatı yayılmış radiasiya səbəbini təsbit edir və görüntülərin düzəldilmiş hallarını hesablayaraq “griddən (grid/rastr) istifadə olunmadan”daha az doza ilə yüksək görüntü keyfiyyətini əldə etmək üçün buraxılan birincili radiasiyanın optimal istifadəsini təmin edir.

Döş xərçənginin erkən mərhələdə müəyyən olunması üçün mammoqrafiyada məqsəd; maksimum keyfiyyətli görüntü əldə etməyə çalışarkən, bir tərəfdən də xəstələri lazımsız radiasiyadan qorumaqdır. Yeni bir cihaz ilə yüksək görüntü keyfiyyəti əldə etmək üçün ehtiyac duyulan birincili radiasiya dozası artmır, tam tərsinə, sistemin gridə ehtiyac duymayan görüntüləmə texnologiyası xəstənin döş toxumasının qalınlığından asılı olaraq, radiasiya dozasını yüzdə 30 nisbətində sala bilər.

Türkiyədə ilk dəfə Neolife Tibb Mərkəzində istifadə olunmağa başlamışdır.

Üstünlükləri nədən ibarətdir?

  • Çox kiçik şişlərin belə diaqnostikasına imkan verərək, şişi erkən müəyyən etmə xüsusiyyətinə sahibdir.
  • Dəqiq nəticələr əldə olunması səbəbi ilə xəstənin yenidən mammoqrafiyaya çağırma ehtimalını azaldaraq, xəstənin aldığı radiasiya dozasını azaldır.
  • Lazımsız biopsiya və əməliyyat faizini azaldır.
  • Şişin yerini 3 ölçülü olaraq müəyyən edir.
  • Çəkilmə zamanı döşün standart metodlarla müqayisədə daha az sıxılmasını təmin edərək, ağrını azaldır.

Radiologiya mütəx. Dr.Esra Çay Döş xərçəngində mammoqrafiya haqqında məlumatlar verir

Radiologiya mütəx. Dr.Esra Çay Döş xərçəngində mammoqrafiya haqqında məlumatlar verir

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.