Randevu Al Bizi Arayın+90 212 385 31 00

Dramterapiya

Dövrümüzdə tez –tez rast gəlinən xərçəngə yönəlmiş tibbi və şüa müalicələrindəki irəliləyişlərlə birlikdə növlərə ayrılan dəstək müalicə metodları da ön plana çəkilir. Xüsusi ilə psixoonkologiya sahəsində əhəmiyyətli addımlar atılır və dəstək terapiyası kimi həyata keçirilir. Tətbiq olunan terapiya metodlarından biri də “Dramterapiya”dır.

Xərçəng olmaq, ya da xərçəng xəstəsinin yaxını olmaq bəzən bir böhran vəziyyətinə gələ bilər. Şübhəsiz; gözlənilməyən bir anda gələn xərçəng qeyri –müəyyənliklə dolu uzun bir müalicə prosesi ilə birlikdə insanın zehni və mənəvi dünyasını alt-üst edə biləcək qədər sarsıdıcı bir sınaq. Cavabsız suallarla dolu bir beyin  və qarışıq hislər yaşayan mənəviyyatın; düşdüyü vəziyyətlə uyğun bir vəziyyətə gəlməsi, prosesin daha yaxşı və rahat keçirilməsinə səy göstərilərkən müalicəyə müsbət istiqamətdə təsir göstərir.

Neolife Tibb Mərkəzindən Mütəx.Psixoloq Elçin Biçer xərçəng müalicəsi zamanı və ya sonra həm cismani, həm də mənəvi baxımdan onu və yaxınlarını dəstəkləyən dramterapiya ilə insanın özünü daha güclü və xoşbəxt hiss etdiyini qeyd edir.

Dramterapiya; yaradıcı dram texnikaları ilə insanın içində olanların xaricə ötürülməsi sayəsində insanın rahatlanması, daxili tarazlıq və inam əldə etməsinə kömək edir. İnsanın fiziki dərketməsinin müsbət istiqamətdə güclənməsini təmin edir və sözlərin yetərsiz olduğu dövrlərdə teatr oyununun müsbət gücündən istifadə edərək, həyatla əlaqədar narahatlıq, duyğu, düşüncə və ümidə qapılmış insanların bir-birini anladıqları bir mühit yaradır. Yaranmış qrup dinamikası ilə insanlar bir-biri ilə güc və dəstək mübadiləsi həyata keçirir; beləliklə, yalnızlıq və çarəsizlik hisləri ilə asanlıqla mübarizə aparırlar.

 

 

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.