Randevu Al Bizi Arayın+90 212 385 31 00

Ağciyər xərçəngində müalicə ilk mərhələdə diaqnoz ilə mümkündür

akciger-tomografisi-hayat-kurtariyor-thumb

Düşük Doz Akciğer Tomografisi Hayat Kurtarıyor!

Ağciyər xərçəngində müalicə ilk mərhələdə diaqnoz ilə mümkündür!

Aşağı dozada ağciyər tomoqrafiyası həyatı xilas edir!

Ağciyər xərçənginin müşahidə sıxlığı, qadınlarda da getdikcə artır. Daha çox siqaretin səbəb olduğu ağciyər xərçəngində, erkən diaqnoz ilə xəstəliyin ilk mərhələdə diaqnozu və müalicəsi mümkündür! Erkən mərhələdə şişləri tutan aşağı doza ağciyər tomoqrafiyası, nə vaxt və kimlər üçün tətbiq edilməlidir?

Ağciyər xərçəngi, son illərdə getdikcə artır. Keçmişdə 60 yaşdan yuxarı kişilərdə müşahidə edilən bu xərçəng növü, bu gün qadınlar arasında da sıxlığı artmaqla yanaşı kişilərdə müşahidə edəln yaşı da 60-dan aşağı düşmüşdür.

Ağciyər cərrahımız, sürətlə inkişaf edən xərçəng növləri arasında ağciyər xərçənginin kişilərdə birinci, qadınlarda isə ikinci sıxlıqda müşahidə edildiyini göstərir. Siqaret, siqar/qəlyandan istifadə, passiv sərxoşluq, sənayenin inkişafından asılı olaraq istifadəsi artan asbest, benzin, arsen kimi xərçəng törədici maddələr; xrom, nikel, kadmium kimi metallar, havanın çirklənməsi, ultrabənövşəyi şüalar və keçirilmiş ağciyər xəstəliklərinin, ağciyər xərçənginə tutulma riskini artırdığına diqqəti cəlb edir.

Siqareti tərgidin, ağciyər xərçənginə tutulma riskini azaldın  

Aparılan bir çox tədqiqat ağciyər xərçənginin 90 faizinin siqaretdən irəli gəldiyini və siqaretin ağciyər xərçəngi riskini 5-dən 15 dəfəyədək artırdığını göstərir. Siqaret çəkməyə başlama yaşı, ümumilikdə siqaret çəkmə müddəti və gün ərzində çəkilən siqaretin sayı ilə bu risk artdığı halda siqareti atmaqla azalır.

Bəzi peşələr də ağciyər xərçəngini hədəfə alır və tutlma riskini artırır. Buna görə də şaxtaçılar, toxuculuq, izolyasiya və tərsanə işçiləri, neft-kimya, baca təmizləyənlər, plastik sənaye işçiləri, metal və qaynaq işçiləri, camaşır suyu istehsalçıları, şüşə keramika, müşəmbə və batareya işçiləri, boya, polad, tökmə sexi işçiləri mütəmadi olaraq fasilələrlə nəzarət sınaqlarını aparmalıdırlar.

Aşağı dozada ağciyər tomoqrafiyası erkən diaqnostikada ən təsirli üsuldur     

Hər xərçəng növündə olduğu kimi ağciyər xərçəngində də erkən diaqnoz ilə xəstəliyin ilk mərhələsində diaqnosika və tam müalicəsi mümkündür. Ağciyər xərçənginin diaqnostikasında kompüterli tomoqrafiya, maqnit rezonans təsvir, pozitron emissiya tomoqrafiyası, qan və bəlğəmin sınaqlarından istifadə edilir.

Neolife Tibb Mərkəzindən Radioloq Dr. Esra Çay, xəstəliyin erkən mərhələdə simptomları təzahür etmədiyi üçün xüsusilə çox siqaret çəkənlərdə şişin müəyyən edilməsini təmin edən və müalicənin uğurunu artıran kompüterli tomoqrafiyanın erkən mərhələdə diaqnostikasının əhəmiyyətini qeyd edir və aşağıdakı kimi davam edir: «Ağciyər xərçənginin skanerləməsində diaqnostik üsulun kifayət etməsi üçün erkən mərhələdə şişləri tutmaqda həssaslığı və xoşxassəli vəzləri aşkar etmədə seçmə qabiliyyəti yüksək olmalıdır. Kompüterli tomoqrafya ağciyər vəzlərinin aşkar edilməsində, ağciyər qrafikasından daha həssas tədqiqat üsuludur. Ağciyər qrafikası texniki xüsusiyyətlərinə görə kiçik diametrli şişləri və ağciyərlərin «qapı» adlandırılan kəsiklərində yerləşən və orta xəttə yaxın şişləri erkən mərhələdə aşkar edə bilmir. Həmçinin aşağı dozada kompüterli tomoqrafiya texnikası, normal kompüterli tomoqrafiyaya görə xəstəyə daha az şüa verən, lakin diaqnostika üçün kifayət edən keyfiyyətdə təsvir alınmasını təmin edən üsuldur.»

Amerika Ağciyər Dərnəyi 30 il ərzində gündə bir qutu siqaret çəkmiş şəxslər, siqaret çəkən yaxud siqareti atmış 55-74 yaş arası şəxslər, siqareti atmasından 15 ildən az vaxt keçmiş şəxslərdə skanerləmə məqsədilə ağciyər qrafikası əvəzinə, aşağı dozada ağciyər tomoqrasiyasını təklif edir. Yüksək riski olanların aşağı dozada ağciyər tomoqrasiyası ilə skaner edilməsi, həm ağciyər xərçənginin erkən diaqnostikasını təmin edir, həm də radiasiya ilə əlaqədar riskləri azaldır.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.