Randevu Al Bizi Arayın+90 212 385 31 00

GA-68 PSMA ilə təsvirin çəkilməsi –Prostat vəzi xərçənginin müalicəsi

dr-nesrin-aslan-300-300

Prostat vəzi xərçəngi

Son vaxtlarda Prostat vəzi xərçənginin diaqnoz və müalicəsində yeni irəliləyişlər qeyd edilmişdir. Bu mühüm irəliləyişin adı GA-68 PSMA ilə aparılan PET/KT prosedurasıdır.

Prostat vəzi xərçəngi 50 yaşdan yuxarı kişilərdə ağciyər xərçəngindən sonra ən çox rast gəlinən, ən çox ölümə səbəb olan xərçəng növüdür.

PSMA, yəni Prostat Spesifik Membran Antigenin prostat şiş hüceyrələrinin 95 %-nin səthində olan reseptorlara birləşmə xüsusiyyətinə malik molekuldur. Biz bu molekulu GA-68 adlandırdığımız radioaktiv maddə ilə birləşdikdə, təsvirin çəkilməsi üçün son dərəcə əlverişli radiofarmasevtik hal alır. GA-68 ilə işarələnmiş PSMA hətta çox aşağı PSA səviyyələrində residivlərin müəyyən edilməsinə imkan verir. GA-68 PSMA-nı, prostat xərçənginin diaqnoz, mərhələlərə ayırma, müalicənin planlaşdırılması və müalicənin cavabının qiymətləndirilməsində müvəffəqiyyətlə istifadə edirik.

Nüvə təbabəti üzrə mütəxəssisimiz Dr. Nesrin Aslanın Prostat xərçənginin müalicəsi ilə bağlı videosu:

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.