Randevu Al Bizi Arayın+90 212 385 31 00

Hormonoterapi

Döş xərçənginin yaranmasında qadınlıq hormonları, xüsusi ilə estrogen əsas rolu oynayır. Döş xərçəngində şiş hüceyrələrinin səthində hormonların birləşdiyi alıcılar (reseptorlar) mövcuddur. Alıcıya birləşən hormon şişin böyüməsini nizamlayır. Döş xərçəngində rutin olaraq biopsiyada hormon alıcılarına baxılır və şiş hormona həssasmı, deyilmi protokolda qeyd edilir. Döş xərçəngi xəstələrinin 70%-i hormona həssasdır.  Hormonoterapiyada istifadə olunan dərmanlar ya hormonların hüceyrə səthindəki alıcılara birləşməsinə, ya da hormonun yaranmasına əngəl olur. Yəni əslində bu bir anti-hormon müalicəsidir.

Menstruasiya olan xəstələrdə ya tamoksifendən istifadə olunaraq hormon reseptorları bağlanılır və estrogenin buraya birləşməsinə əngəl olunur və ya estrogeni sintez edən ən əhəmiyyətli toxuma olan yumurtalıqlar susdurulur. Yumurtalıqların susdurulması aylıq və ya 3 aylıq iynələrlə həyata keçirilir.

Klimaks dövründə olan qadınlarda isə artıq yumurtalıqlar susmuşdur və estrogenin ən əhəmiyyətli mənbəyi böyrəküstü vəzidir. Bu qrup xəstədə isə aromataz inqibitoru adlanan dərmanlardan istifadə olunaraq, bədəndə estrogen sintezinə mane olur. Tamoksifen klimaksdakı xanımlarda da yenə istifadə oluna bilər.

Hormon dərmanları erkən dövr xəstəlikdə döş xərçəngi residivinin qarşısını almaq üçün profilaktik olaraq və yayılmış xəstəlikdə, xüsusi ilə sümük metastazlı və ya məhdud orqan metastazlı xəstəlikdə xəstəliyə nəzarət etmədə istifadə olunur.

Prostat xərçəngi də yenə hormona həssas bir xərçəngdir. Kişilik hormonu olan androgen kişi xayalıqlarından sekret ifraz edir. Prostat xərçəngində 3 aylıq iynələrlə xayalıqdan androgen sekret ifraz olunması dayandırılır və prostat xərçənginin yayılmasının qarşısı alınır. Prostat xərçəngi hüceyrələrinin üstündəki androgen hormon alıcılarının bağlanılaraq bədəndəki androgenin prostat xərçəngini böyütməsi üçün maneə yaratmada digər hormonal müalicədir. Dövrümüzdə androgen sintezinin müxtəlif mərhələlərini dayandıraraq, prostat xərçənginin inkişafının qarşısını alan yeni və təsirli dərmanlarımız vardır. Hormonoterapiya kimyəvi terapiya qədər əlavə təsir göstərmir və xəstələrin həyati keyfiyyətlərini aşağı salmadan həyatlarını davam etdirmələri üçün imkan yaradır.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.