Randevu Al Bizi Arayın+90 212 385 31 00

Xərçəngin psixologiyası

Kanser Psikolojisi

Kanser Psikolojisi
Daha gözəl həyata qayıtmaq üçün: Xərçəngin psixologiyası

Xərçəng fərdin yalnız vücuduna deyil, həyatının bütün sahələrinə təsir edən xəstəlikdir. Xərçəngə, hətta müalicə başa çatdırılsa da, artıq onunla birlikdə yaşamalı olduğumuz xroniki xəstəlik kimi baxırıq. Bu gün insanı yalnız vücuddan ibarət olmaqla görmədiyimiz üçün tibbdə bu gün əldə olunan səviyyədə insana bioloji və psixo-sosioloji varlıq kimi baxırıq və onun həm müalicənin gedişində, həm də müalicədən sonra psixoloji və sosioloji tələbatları da bizim üçün əhəmiyyətlidir.

Bir insan xərçəngə tutulduqda, əvvəlki psixoloji tarixçəsinə yaxud həyat hekayəsinə görə xəstəliyin gedişatında gərgin psixoloji sıxıntılar yaxud sarsıntılar keçirə bilər, ya da bir insan hətta psixoloji olaraq sağlam olsa da, belə çətin və uzun müddət davam edən və həyatının bütün sahələrinə  təsir edən müalicənin gedişində psixoloji köməyə ehtiyacı ola bilər. Çünki insanın həm xarici görünüşü, həm vücudu ilə yaratdığı əlaqə, həm ailə daxilindəki həyatı, həyat yoldaşı ilə əlaqələri, övladları ilə, dostları ilə əlaqələri, iş həyatı və  bütün ictimai həyatı xəstəliyə görə dəyişir.

Buna görə də bu qədər güclü dəyişiklik və bu qədər fiziki və psixoloji baxımdan çətin olan sınaqda psixoloji kömək almaq bu gedişatı daha rahat və daha yaradıcı, daha müsbət yönə çevirməklə, adlamasını təmin edir.

İnsanlar əksərən xərçəngə tutulduqdan sonra, xərçəngə  əhəmiyyət verməyə, həyatını yenidən gözdən keçirməyə,  harada nələr etdiyini və artıq nədən imtina etmək istədiyini fikirləşməyə imkan tapır. Buna görə də əksərən xərçəng təcrübəsi keçdikdən sonra insanlar özləri yaxud həyatları ilə bağlı bəzi şeyləri dəyişdirməyə yaxud başqalaşdırmağa  tələbat hiss edir.

Bu məqsədlə müalicənin gedişində  yaxud müalicə başa çatdırıldıqdan sonra insanın öz şəxsi inkişafı və dəyişməsi üçün daha səmərəli həyat, daha doyumlu, həyat eşqi daha yüksək olan həyat, daha mənalı həyat yaşaması üçün istədikləri dəyişikliyə kömək etmək üçün psixoterapiya tövsiyə edirik.

Psixoonkologiya haqqında daha artıq məlumat əldə etmək üçün tuşlayın.

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.