Randevu Al Bizi Arayın+90 212 385 31 00

Xərçəng riskini azaltmaq üçün çıxış yolları

kanserden-korunmanin-yollari

Xərçəng xəstəliyinin qarşısını alma mövzusunda narahatsınızmı? Sağlam qidalanmadan tutmuş, sistemli şəkildə aparılan xərçəng skrininqlərinə qədər həyatınızda edəcəyiniz kiçik dəyişikliklərlə xərçəngə tutulma riskini nəzarət altına alın.

Xərçəng xəstəliyinin qarşısını alma ilə əlaqədar bir biri ilə zidd olan bir çox protokoldan da xəbəriniz var çox güman ki. Bəzən bir çalışma və ya hesabatda məsləhət görülən spesifik bir xərçəng xəstəliyinin qarşısını alma tövsiyəsi, bir başqa tibbi sənəddə qeyd edilənin tam əksi ola bilər. Yaxşı. Əgər, xərçəng xəstəliyinin qarşısını alma mövzusunda hər hansı narahatlığınız varsa, gündəlik həyatınızda kiçik dəyişikliklər edərək böyük bir fərq yaratmağa çalışın.

Tütündən istifadə etməyin

Tütünün hər cür istifadəsi sizi xərçənglə yaranacaq  bir mübarizəyə aparır. Siqaret çəkmək ağciyər, sidik kisəsi, uşaqlıq və böyrək xərçəngi də daxil olmaqla, bir çox xərçəng xəstəliyinə gətirib çıxarır. Eyni zamanda, tütün çiynəmə ağız boşluğu və mədəaltı vəzi xərçənginin yaranması ilə daha çox əlaqədardır.  Tütün istifadə etməsəniz belə, siqaret tüstüsünə məruz qaldığınızda ağciyər xərçənginə tutulma riskini artırmış olursunuz.

Tütün və məhsullarından uzaq durusunuzsa və ya atmağa qərar vermisinizsə, bu sağlamlığınız üçün qəbul etdiyiniz ən əhəmiyyətli qərarlardan biridir. Eyni zamanda, sadəcə bununla kifayətlənməyib, xərçəng xəstəliyinin qarşısını alma mövzusunda da əhəmiyyətli bir addım atmısınız deməkdir. Əgər siqareti ata bilmək üçün köməyə ehtiyacınız olarsa, həkiminizlə məsləhətləşin. Sizə siqareti atmaqda köməkçi məhsullar və digər metodlar haqqında məlumat verəcəkdir.

Sağlam qidalanın

Yemək saatlarında, ya da marketdə alış-veriş edərkən mükəmməl seçim etmək sizi xərçəng xəstəliyindən qorunmaq zəmanətini vermir, ancaq xərçəngə tutulma riskini minimuma salmaqla sizə kömək edir.

Bu qaydaları nəzərə alın: 

Meyvə və tərəvəzdən çox istifadə edin

Qida rasionunda tərəvəz, meyvə, bitki mənşəli qidaları əsas götürün- taxıl və paxlalı bitkilər kimi

Yağdan istifadəni məhdudlaşdırın;

Heyvan mənşəli yağlardan istifadə etməyin, həddindən artıq yağlı qidalar qəbul etməyin. Bunun əvəzinə daha yüngül və daha kiçik porsiyalar təşkil edərək qida qəbul etməyi sınayın.

Əgər spirtli içki qəbul edəcəksinizsə, normadan artıq içməməyə səy göstərin;

Sistemli olaraq spirtli içki istifadəsinin və qəbul olunan spirtli içki miqdarının artması döş, bağırsaq, ağciyər, böyrək və qaraciyər xərçəngi  kimi xərçəng növlərinə tutulma riskini də artırır.

Gündəlik həyatda fiziki fəaliyyətlərə hər zaman yer ayırın və ideal çəkinizi qorumağa çalışın;

Sağlam olduğunuz çəkini qorumaq döş, prostat, ağciyər, bağırsaq, böyrək xərçəngi də daxil olmaqla, müxtəlif xərçəng növlərinin ortaya çıxma riskini azalda bilər. Hərəkət etməyi unutmayın. Çəkini nəzarət altında saxlayın, bununla birlikdə fiziki fəaliyyətlər göstərmək döş və bağırsaq xərçənginə tutulma riskini də azaldır.

Gündəlik olaraq ən az 30 dəqiqənizi məşqə ayırmalısınız. Təbii ki, daha çox vaxt da ayıra bilərsiniz, bu daha yaxşı olar. Bir fitness qrupunda qeydiyyatdan keçməyi, sevdiyiniz bir idman növünü yenidən kəşf etməyi və ya gündəlik gəzintilər üçün bir yoldaşınızla görüşmək ideal seçimdir.

Özünüzü günəşin zərərli şüalarından qoruyun

Dəri xərçəngi xərçəng növləri arasında ən çox rast gəlinən xəstəlik olmasına baxmayaraq, qoruna bilmə xüsusiyyəti də ən çox olan xərçəngdir. Bu çıxış yollarını sınayın:

Günorta saatlarında günəşə çıxmaqdan qaçın;

Günəş şüalarının ən təsirli olduğu saatlar olan 10:00 və 16:00 arasında günəşdən uzaq durun.

Kölgədə qalmağa çalışın

Açıq havaya çıxdığınızda mümkün olduğu qədər kölgədə qalmağa çalışın. Günəş eynəyi və geniş kənarı olan şapkalardan istifadə etmək bu mövzuda sizə kömək olacaqdır.

Dərinizi günəşdən qoruyun;

Mümkün olduğu qədər bədəninizi örtən sıx toxunmuş bol və pambıq geyimlərdən istifadə edin. Parlaq olmayan tonlar, ya da ağardılmış pambıq materialların əvəzinə, ultrabənövşəyi şüaları geri əks etdirən  açıq parlaq rəngləri üstün tutun.

Çölə çıxarkən günəş kremindən istifadə etməyi unutmayın;

Çöldə qaldığınız müddət ərzində günəş kremindən tez-tez və bol şəkildə istifadə etməyə davam edin.

Solyariuma girməyin;

Solyarium da dərinizə ən az təbii günəş şüası qədər zərər verir.

Peyvənd elətdirin;

Bəzi virus infeksiyalarından qorunmaq xərçəng yaranmasının qarşısını almaq üçün təsirli bir yoldur. Hepatit B və HPV-yə qarşı peyvənd olunma mövzusunda həkiminizlə məsləhətləşin.

Hepatit B. Hepatit B virusu qaraciyər xərçənginin yaranma riskini artıra bilər. Hepatit B peyvəndi əsasən körpələrə vurulur. Eyni zamanda, xərçəng müşahidə olunma riski yüksək olan bəzi yetkinlər üçün məsləhət görülür. Xüsusi ilə, qarşılıqlı sədaqətə əsaslanmayan cinsi fəaliyyətdə olan həddi-buluğa çatanlara, həmcinsi ilə əlaqəyə girən kişilərə, yoluxmuş qan və bədən mayelərinə məruz qala biləcək tibbi və dövlət təhlükəsizlik işçilərinə peyvənd olunmalıdır.

İnsan papilloma virusu (İPV) HPV uşaqlıq ağzı xərçənginə səbəb ola biləcək cinsi yolla keçən bir virusdur. HPV peyvəndi 26 yaşından daha gənc, ya da yetkinlik dövründə peyvənd olunmamış kişi və qadınlar üçün vurulması zəruri olan bir peyvənddir.

Riskli hərəkətlər etməyin

Xərçəng xəstəliyinin qarşısını almada köməkçi bir başqa strategiya isə xərçəng səbəbi ola biləcək riskli hərəkət etməməkdir. Məs:

Etibarlı cinsi həyatınız olsun;

Cinsi tərəf müqabillərinizin sayını məhdudlaşdırın və sekslə məşğul olarkən  qoruyucu rezindən istifadə etməyi unutmayın. Cinsi tərəf müqabillərinizin sayı artdıqca, HİV və HPV cinsi yollarla keçən infeksiyalara tutulma riskiniz də artır. HİV və ya QİÇS virusu daşıyan insanların immunitet sistemi zəifləyir və anus, uşaqlıq ağzı, ağciyər xərçənginə tutulma riski də yüksəlir. HPV ən çox uşaqlıq ağzı xərçəngi ilə əlaqədardır, eyni zamanda anus, penis, boğaz, uşaqlıq yolu və vagina xərçəngi riskini artıra bilər.

İynələrin bir dəfəlik və fərdi istifadəyə uyğun olduğunu unutmayın;

Dərmandan istifadə edən asılılar arasında eyni iltihablı iynəni bölüşmək HİV, hepatit B, hepatit C kimi virusların keçməsinə səbəb olur və bu da qaraciyər xəstəliyinə tutulma riskini artırır. əgər həb və narkotik asılılığı haqqında narahatçılığınız varsa, kömək istəyin.

Erkən diaqnoz mövzusuna ciddi yanaşın;

Dəri, bağırsaq, prostat, uşaqlıq və döş xərçəngi kimi xərçəng növləri üçün sistemli olaraq özünüzü müayinədən keçirmək, ya da xərçəng skrininq testlərindən keçmək xəstəliyi ilk mərhələdə olarkən, yəni müalicənin gözlənildiyindən daha yaxşı nəticə verdiyi erkən dövrlərdə diaqnostikanıza və müalicədə uğurlu nəticələr əldə etmənizə kömək edir. Sizin üçün ən yaxşı xərçəng skrininq proqramı haqqında həkiminizlə məsləhətləşin. Bu gündən etibarən xərçəngə qarşı  qorunmaq sizin əlinizdə, mükafatını isə bir ömür boyu almış olacaqsınız.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.