Randevu Al Bizi Arayın+90 212 385 31 00

Xərçənglə yola çıxmağın düşünülmüş hissəsini kəşf edin

kanser-ve-depresyon-one-cikan

kanser-ve-depresyon-header

Xərçəng diaqnozu sağlamlığınıza fiziki təsirləri ilə yanaşı insanda və yaxınlarında psixoloji və mənəvi olaraq bir sıra dəyişikliklərə səbəb ola bilər.

Xərçəng xəstələri tez-tez  “Niyə mən?” deyə fikirləşə bilər və ya özlərini düşünülmüş inamlarını sorgu-suala etməyə sövq edən hirs və xəyanət hissi ilə dola bilər. Bu hiss olduqca normaldır

Xərçəng kimi ciddi xəstəlikdə,  xəstə gücsüz, müdafiəsiz və heç vaxt əvvəlki kimi ola bilməyəcəyi kimi hisslərə qapılır. Vaxt keçdikcə isə psixoloji dəyişikliklər müsbət xarakterli ola bilər. Həyatdan zövq almaq, şükür etmək və bağışlamaq kimi hisslər xəstə üçün daha çox əhəmiyyət kısb edə bilər.

Hər bir insan mənəviyyatı özünəməxsus, xüsusi formada izah edir. Çoxları üçün bu mühüm inamları, ənənələri, dəyərləri və  işləri  əhatə edən din ilə əlaqəlidir.  Bəzən isə mənəviyyat təbiət ilə əlaqə, daxili rahatlıq, ümid yaxud daha böyük qüvvə ilə əlaqə yaratmaqdır. Əslində mənəviyyatımız fiziki və psixoloji həyatımızla son dərəcə güclü bağlıdır.

Öz mənəviyyat anlayışınızı əks etdirmək üçün sizing üçün əhəmiyyətli olan və sizə mənalı görünən şeyləri fikirləşin.

Mənəvi aləminizlə yenidən əlaqə yaratmağınız  üçün bir neçə üsul…

  • Təbiətin gücü – Ətrafınızdakı gözəlliklərə baxın və daxilinizdə rahat olan aləmdə dilə gətirin.
  • Dua yaxud meditasiya – Narahatlığınızı və qayğılarınızı dilə gətirməkdən qorxmayın və bu prosesdə onların yox olub getmələrinə icazə verin .
  • Fikirlərinizi bir gündəlikdə yığın – Sınadığınız istənilən çətinliklə yanaşı ümidləriniz və xöşbəxtliyiniz haqqında fikirlərinizi yazıya köçürün.
  • Başqaları ilə sizi canlandıran və müsbət təcrübə axtarın – mənəvi rəhbər və ya konsultantla əlaqəyə başlayın.
Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.