Randevu Al Bizi Arayın+90 212 385 31 00

Kimyəvi terapiya

Kimyəvi terapiya nədir? 

Kimyəvi terapiya hərfi mənası “dərmanla müalicə” deməkdir, daha çox xərçəng hüceyrələrinə təsir edən xərçəng dərmanlarından (anti-xərçəng dərmanları olaraq da adlandırılır) istifadə olunaraq, aparılan müalicə üçün istifadə olunan termindir. Kimyəvi terapiya xərçəng müalicəsində tək başına istifadə oluna biləcəyi kimi, digər müalicə metodlarına tamamlayıcı bir təsir göstərmək məqsədi ilə də istifadə oluna bilər.

Xərçəngin növünə görə kimyəvi terapiyanın fərqli məqsədləri ola bilər;

  • Xərçəngi müalicə etmək,
  • Xərçəngi nəzarət altında saxlamaq (xərçəngin yayılmasının qarşısını almaq və böyüməsini ləngitmək)
  • Xərçəngin yol açdığı simptomları aradan qaldırmaq (ağrı və buna bənzər simptomları aradan qaldırmaq, ya da yüngülləşdirmək)

Kimyəvi terapiya kim tərəfindən tətbiq edilir?

Kimyəvi terapiya ilə məşğul olan sahəyə tibbi onkologiya, bu sahədə işləyən həkimə tibbi onkoloq deyilir. Tibbi (medikal) onkologiya ayrı bir ixtisas sahəsidir; tibbi onkoloq şiş müalicəsi mövzusunda ixtisaslaşmış bir daxili xəstəliklər mütəxəssisidir. Şişin müalicəsi bir qrup işidir və mütləq bu qrupun bütün üzvlərinin olduğu mərkəzlərdə tətbiq olunmalıdır. Tibbi onkoloq, şüa onkologiyası, cərrah və radiologiya mütəxəssisi bu qrupun əvəzedilməz mütəxəssisləridir. Kimyəvi terapiya  tətbiq olunması bu mövzuda təcrübəli və savadlı kimyəvi terapiya tibb bacıları tərəfindən həyata keçirilir.

Kimyəvi terapiya tətbiq olunmasında məqsəd nədir?

Şişin növünə və xəstənin xüsusiyyətlərinə  görə fərqli səbəblərlə kimyəvi terapiya tətbiq edilə bilər.

  • Şişi tamami ilə yox etmək və xəstəliyi yaxşılaşdırmaq üçün,
  • Şişin yayılmasının qarşısını almaq və ya geriləməsini təmin etmək üçün,
  • Şişin səbəb olduğu əlamətləri yox etmək üçün kimyəvi terapiya tətbiq edilə bilər.

Kimyəvi terapiya tək başına, ya da başqa müalicələrlə birlikdə verilə bilər. Digər müalicələrin daha faydalı olmasına  kömək edə bilər. Kimyəvi terapiya əməliyyatdan əvvəl sə ya sonra, radioterapiya zamanı, əvvəl, sonra verilə bilər, ya da sümük iliyi hüceyrə transplantasiyasından əvvəl həyata keçirilə bilər.

Kimyəvi terapiya nə zaman verilir?

Üç  və ya beş gün ard-arda, həftədə bir, iki həftədə bir, üç həftədə bir, ya da ayda bir kimyəvi terapiya qəbul edə bilərsiniz. Müalicə dövrlərini, kimyəvi terapiya qəbul etmədiyiniz istirahət dövrü, bədəninizə sağlam hüceyrələrin təmin olunması üçün şans verir.

Müalicə tətbiq olunma müddəti və tezliyi xəstəliyinizin və sizin vəziyyətinizə görə xüsusi olaraq seçilmiş kimyəvi terapiya sxemindən asılıdır. Müalicə ilə əldə olunan cavaba və yaranan əlavə təsirlərə görə müddət və tezlik həkiminiz tərəfindən dəyişdirilə bilər. Ümumiyyətlə ən çox istifadə olunan fasilələr 3 və ya 4 həftə olmaqla birlikdə, bəzi müalicə sxemlərində həftədə bir və ya iki həftədə bir tətbiqetmələr də vardır. Müalicənin mümkün olduğu qədər sistemli və əlavə təsirlərin icazə verdiyi ölçüdə vaxtında aparılması çox əhəmiyyətlidir. Müalicə aralıqları lazımsız uzadıldıqda şişə özünə gəlmə və dərmanlara qarşı müqavimət qazanaraq, daha da güclənmə şansı verilmiş olur.

Kimyəvi terapiya niyə əlavə təsir yaradır?

Kimyəvi terapiya dərmanları xoşagəlməz hüceyrələri məhv edərkən, bədənin normal hüceyrələrinə də təsir edir. Kimyəvi terapiyadan ən çox təsirlənən normal bədən hüceyrələri, sümük iliyi, mədə-bağırsaq sistemi və saç kökü hüceyrələri kimi ən sürətli bölünən hüceyrələrdir. Bu səbəblə ən çox təsadüf olunan əlavə təsirlər yorğunluq, ürəkbulanma, qusma və saç tökülməsidir. Ancaq, bu əlavə təsirlər sizdə mütləq olacaq deyə özünüzü buna hazırlamayın.

Əlavə təsirlər istifadə olunan dərmana sizin bədəninizin fərdi təsiridir. Bu səbəblə hər xəstə üçün müəyyən bir əlavə təsirlə əlaqədar fikir söyləmək çox çətindir. Bir kimyəvi terapiya tətbiq olunmasından sonra müşahidə etdiyiniz bir əlavə təsirin bir sonrakı tətbiqetmədən sonra eyni olmadığını görə bilərsiniz.

Kimyəvi terapiyanın əlavə təsirləri ilə necə mübarizə apara bilərsiniz?

Kimyəvi terapiyanın bir çox fərqli əlavə təsiri ola bilər. Halsızlıq və yorğunluq halı, anemiya,  iştahasızlıq, qanaxma, qəbzlik, ishal, saç tökülməsi, infeksiya riskinin artması, yaddaş dəyişikliyi, udqunma çətinliyi, ürəkbulanma və qusma, əzələ və sinir sistemlərindəki dəyişikliklər, ağrı, cinsi və çoxalma sistemlərindəki dəyişikliklər, dəri və dırnaqlarda dəyişikliklər, ödəm və ifrazat  dəyişiklikləri kimyəvi terapiyanın  ehtimal olunan əlavə təsirləridir. Sadalanan əlavə təsirlər bütün xəstələrdə müşahidə olunmadığı üçün əlavə təsir siyahısının uzadılmasına ehtiyac yoxdur.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.