Randevu Al Bizi Arayın+90 212 385 31 00

Miomalar (Uşaqlıq mioması) xərçəngə çevrilir mi ?

MiYOMLAR_MYOMA_UTERI_kansere_donusur_mu-300-300

Mioma nədir?

Miomalar uşaqlığın əzələ toxumasından qaynaqlanan xoşxassəli şişlərdir. Reproduktiv dövrdə olan qadınlarda 20-40% müşahidə edilir. Hormona həssas kütlələr olub, reproduktiv dövr ərzində yavaş-yavaş böyüyə bilir, klimaksdan sonra qadınlıq hormonlarının azalması ilə birlikdə kiçilməyə başlayırlar.

Miomaların səbəbi məlum olmamaqla birlikdə, irsi və genetik meyllilikdən bəhs edilə bilər. Məsələn, Afro Amerikan qadınlarda 80% rast gəlinir.

Miomaların 50%-i müayinə zamanı təsadüfən ortaya çıxır və heç bir şikayətləri olmur. Şikayət olunan miomaların səbəb olduğu əlamətlər isə miomanın uşaqlıq daxilindəki yer və ölçüsündən asılıdır. Uşaqlıq daxilindəki menstruasiya olan təbəqəyə yaxın olanlar, menstruasiya qanaxmasının çox olmasına, sancılı menstruasiyalara  və qansızlığa səbəb ola bilər. Uşaqlığın xarici hissəsinə yaxın olanlar isə ətraf orqanlara göstərdikləri təzyiq səbəbi ilə diureya baş verir, qəbzlik, şişmə və qasıq nahiyələrində olan ağrılar kimi şikayətləri olur. Hamilə qalmaq istəyən qadınlarda miomalar olduqları yer və ölçüsünə görə hamiləlik şansını azalda bilər, uşaq salma və erkən doğuşa səbəb ola bilər.

Miomalar necə müalicə edilir?

Şikayətə səbəb olan miomaların müalicəsi üçün əvvəlcə şikayətə əsasən dərman müalicələri yoxlanılır, bu müalicələr kömək etməzsə, səbəblə əlaqədar müalicələr aparılır. Mioma və ya uşaqlığın çıxarılması əməliyyatı isə ən çox müraciət olunan metoddur. Miomanın hər hansı bir şikayətə səbəb olmaması halında, klimaksdan sonra kiçilmə ehtimalı olduğu üçün illik müayinələr kifayət edir. Mioması olan qadınlara klimaksdan sonra hormon yerinə qoyma müalicəsinin tətbiq olunması halında, miomaların böyümə prosesi davam edir.

Miomaların mində bir faizində sürətlə böyümə və xərçəngə çevrilmə (leomiosarkoma) ehtimalı vardır. Bəzi tədqiqatçılar leomiosarkomanın miomadan əmələ gəlmədiyini və birbaşa bədxassəli bir xəstəlik olaraq başladığını qəbul edirlər. Görüntü texnikaları ilə (US müayinəsi və MRI) miomaları, leomiosarkomadan ayırd edə bilmə imkanı yoxdur. Sürətli böyümə və ya klimaksdan sonra böyümənin davam etməsi leomiosarkomanın seçilməsində başlıca əlamətdir. Bu səbəblə, miomaların sistemli müayinələrlə müşahidə altında saxlanılması, şübhəli hallarda əməliyyat olunması zəruridir.

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.