Randevu Al Bizi Arayın+90 212 385 31 00

Neyroendokrin şişlər

dr-nesrin-aslan-neolife-300-300

Neyroendokrin şişlər

Neyroendokrin şişlər, nadir rast gəlinən və bir çox orqandan irəli gələn, simptomları digər xəstəliklərlə qarışan, buna görə də diaqnozunun qoyulması olduqca çətin olan xəstəlik qrupudur.

Ultrasəs, tomoqrafiya, MR kimi ənənəvi təsvirin çəkilmə üsullarının xüsusilə kiçik ölçüdə olan neyroendokrin şişlərinin diaqnozunda hissiyatı aşağıdır. Neyroendokrin şişlər, molekulyar tomoqrafiya üçün ideal şiş tiplərindən biridir. Neyroendokrin şişlərin səthində olduğu məlum olan somotosetin reseptorlar ilə birləşə bilən peptidlərin mövcudluğu bu şişlərin təsvirinin çəkilməsinə imkan verir.

GA-68 DOTATEC ilə aparılan PET/KT təsvirinin çəkilməsində xəstələrin 29 %-də mərhələnin dəyişməsi, xəstələrin 75 %-də də müalicə planında dəyişiklik edildiyi müəyyən edilmişdir. Neyroendokrin şiş hüceyrələrinin səthində olan somotosetin reseptorlarına bağlandığı məlum olan peptitlərin, radioaktiv komponentlə birləşdirilməsi onların tomoqrafiyasının  çəkilməsinə imkan yaradır. GA-68 ilə işarələnmiş DOTATEC bu məqsədlə inkişaf etdirilmiş ideal agentlərdən biridir. Xüsusilə teronostik agentlərlə müalicə üsullarında, GA-68 ilə somotosetin reseptorunun mövcudluğunun təsvirinin çəkilməsi bu şiş tipinin Rutesium-177 müalicəsi üçün münasib olduğunu da göstərir və bu da xəstələr üçün yeni müalicənin açılışı deməkdir.

Nüvə təbabəti üzrə mütəxəssisimiz Dr. Nesrin Aslanın Neyroendokrin (Karsinoma) şişlərinin Ga-68 Dotatec ilə təsvirinin çəkilməsi haqqında videosu:

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.