Randevu Al Bizi Arayın+90 212 385 31 00

Görüntüləmədə Qızıl Standart “PET / CT”

Pet/CT'nin Avantajları Nelerdir

PET / CT; orqanlar haqqında metabolik və anatomik məlumatı vəhdət şəklində əldə etməyi təmin edən PET (Pozitron Emissiya Tomoqrafiyası) və CT (KP) cihazlarının vəhdət şəklində olması ilə yaranmış bir görüntü əldə etmə metodudur.

PET / CT-nin istifadə sahələri hansılardır?

  • PET / CT, istifadə olunan radioaktiv maddəyə həssaslıq göstərən xərçəng növlərinin diaqnozunda, birincili fazasında, müalicəyə cavabın qiymətləndirilməsində və yenidən fazalara ayırma mərhələlərində,
  • Seçilmiş ürək xəstələrində by-pass (şuntlama) və stend-dən əvvəl canlı toxumaların araşdırılmasında
  • Nevrologiyada Alzheimerin diffrensial diaqnozunda və cərrahiyyə planlaşdırılan epilepsiya xəstələrində ocağın müəyyən olunmasında istifadə

PET / CT-nin üstünlükləri

PET / CT, zədələnmələrin xoş / bədxassəliliyinin müəyyən olunmasını təmin edir

Lazımsız biopsiya və cərrahiyyə əməliyyatlarının qarşısını alır.

Bir müayinə ilə xərçəngin bədən daxilindəki paylanmasının, yəni fazasının müəyyən olunmasını təmin edir.

Xərçəng residivinin təsbit edilməsində yüksək  dəqiqliyə sahib olan bir metoddur.

Bəzi xərçəng növlərində kimyəvi terapiya dərmanlarına olan həssaslığın qiymətləndirilməsini təmin edir. Beləliklə, effektiv olmayan müalicənin təsirli müalicə ilə dəyişdirilməsi imkanını yaradır.

Radioterapiya və kimyəvi terapiya müalicəsindən sonra xəstənin müalicəyə cavabının qiymətləndirilməsini təmin edir.

PET / CT xəstələri üçün müayinədən əvvəlki ilkin hazırlıqlar hansılardır?

Xəstələrin ən az 6 saat (12 saat olarsa daha yaxşı) ac qalmaları tələb olunur.

Şəkər xəstəliyi olanlarda müalicənin dayandırılmaması və müayinə günü qanda şəkərin 200 mq /dl –dən az olması tələb olunur.

Xəstənin görüşdən – saat əvvəldən başlayaraq, minimum  litr su içməsi məsləhət görülür.

PET / CT- də görüntüləmə  necə aparılır?

İstifadə olunan radioaktiv maddə damar yolu ilə yeridilir.

İnyeksiyadan sonra  dəqiqəlik bir müddət xəstə xüsusi otaqlarda gözlədilir.

Bu istirahət müddətinin sonunda skrininq əməliyyatına başlanılır.

Skrininq sahəsi başla qalçanın yuxarı hissəsi arasında qalan nahiyədir.

Skrininq müddəti xəstənin boyundan asılı olaraq 15-30 dəqiqə arasında dəyişir.

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.