Randevu Al Bizi Arayın+90 212 385 31 00

Rəqs terapiya

Dəstək qrupları

Konsertdə psixoloji dəstək müalicənin əhəmiyyətli ayaqlarından biridir. Öz mədəni quruluşumuz daxilində ailə və yoldaşların dəstəyi ilə bu ehtiyacı təmin edib etməyə bilərsiniz. Hər iki halda da, bu təcrübəni bölüşən digər insanlar və bir peşəkar insanın köməyi ilə dəstək qruplarında iştirak etmək əhəmiyyətli dərəcədə faydalı olur.

Neolife Tibb Mərkəzində həm xəstələr, həm də xəstə yaxınları üçün dəstək qrupları təşkil olunur. Yığıncaqların əsasını rəqs /hərəkət terapiyası təşkil edir ki, birlikdə gil, rəsm, musiqi və düşüncə kimi  incəsənət sahələri ilə zənginləşdirilmişdir. İncəsənət yönümlü terapiyalarda xəstəlikdən danışmaq, ya da digər xəstəlik tarixçələrini dinləmək məcburiyyətində qalmadan onu bir müddətlik də olsun unutmaq, insanı yoran duyğulardan uzaqlaşmaq, rahatlanmaq mümkündür.

İştirak etmək üçün xahiş edirik bizimlə əlaqə yaradın.

Rəqs/ hərəkət terapiyası:

Bədən dünya ilə əlaqə yaratdığımız konkret tərəfimizdir. Doğulduğumuzdan bu yana yaşadığımız bütün anları qeyd edirik. Atalarımızdan gətirdiklərimizlə birlikdə iməkləməkdən qaçmağa, qələm tutmaqdan piano çalmağa, toxalamaqdan çay qarışdırmağa qədər geniş bir sahədə hərəkət mərhələlərimiz yaranır.

Bədən, zehnimizlə əməkdaşlıq çərçivəsində bütün canlılarda olduğu kimi – xarici xəbərvericiləri qarşılayan və daxili təsirlərimizi də xarici mühitdə əks etdirən bir vasitəçidir. Hərəkət formamız, mimikalarımız, duruşumuz, hərəkətlərimiz, vəziyyət qarşısında göstərdiyimiz dəyişikliklər … hər biri bizə xas, bizimlə əlaqədar olan ifadələrdir.

Bəzən xəstəlikləri də yaşadığımız müddət ərzində bədənimizin qeyd etdiyi stressli həyat hadisələrinə, travmatik təcrübələrə, zehnimizi məşğul edən düşüncələrə və daha çox şeyə qarşı bədənin özünü ifadə etmə forması olaraq şərh edə bilərik.

Bədən heç vaxt yalan  deyə bilməz.

Zehin ilə qarşılıqlı əlaqə halında olan bədəndəki xəstəliklərin şəfası da, yenə həm zehnə, həm də bədənə yönəlmiş bir hərəkətdən gəlir.

Nothing happens until something moves.

Kimlər iştirak edə bilər?

Rəqs/ hərəkət terapiyası, XƏRÇƏNG, Alzheimer, Demans kimi xroniki xəstəliklərdə; psixosomatik xəstəliklərdə; və həyatın fərqli mərhələlərinə uyğunlaşmada (doğuşdan əvvəl- sonra, yaşlılıq çağı və s)  və fərqi inkişaf – özünü kəşf etmək arzusunda olan hər kəs üçün uyğundur, yaxşılaşdırıcı, insanın rahatlaşdıran incəsənət terapiya metodudur.

Qrupun ehtiyaclarına uyğun formada rəqs / hərəkət terapiyası düşüncə və incəsənət digər sahələri ilə qidalanır.

Mən rəqs edə bilmərəm ki… Rəqs / hərəkət terapiyası sadəcə rəqs deyildir. Bədənin mövcud olan hərəkət potensialına görə həyata keçirilir. (Məs, ayaqda durmaqda çətinlik çəkən bir insanın oturaraq əlləri, barmaqları, qolları, ya da səsi ilə hərəkətdə iştirak edə bilməsi kimi, ya da göz qırparaq).

İştirak edən hər kəs istədiyi qədər hərəkət edə bilər. Bədəni məcbur etmir, ona zərər vurmur. Bu çalışma bədənin və və ümumilikdə insanın fayda əldə edəcəyi bir terapevtik çalışmadır.

Necə iştirak edə bilərəm?

Qrup seansları həftədə 1 dəfə Neolife Tibb Mərkəzində həyata keçirilir.

Hər bir seans təxminən 90 dəqiqə davam edir.

0 212 385 31 00 nömrələrinə zəng edərək, iştirak edə bilərsiniz.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.