Randevu Al Bizi Arayın+90 212 385 31 00

Sağlamlığınızı qoruyarkən yoqa böyük köməkçidir

yoga-buyuk-yardimci-300-300

yoga-buyuk-yardimci

Günlər keçdikcə bədən və zehni eyni anda işlədən texnikaların sağlamlıqla bağlı yeni faydası kəşf edilir. Bu məsələdə ən böyük diqqəti isə xərçəng xəstələri üzərində ən müsbət təsirləri daha çox olan yoqa çəkir. Yoqanın çox müxtəlif növü olmasına baxmayaraq, sağlamlıq nöqteyi-nəzərindən ən çox rəğbət qazanan Hatha yoqa olmuşdur. Bunun səbəbi isə yerinə yetirilən hərəkətlərin daha asan və tempin daşa aşağı olması ilə izah edilə bilər.

Xərçəng xəstələrinin əksəriyyəti uzun müalicə prosesindən sonra enerjilərinin azaldığından və ruhdan düşmələrindən şikayət edir. Bu sahədə aparılan tədqiqatda müalicə prosesində yoqa keçən bir qrup ağciyər xərçəngi xəstələrində qan təzyiqində və ürək döyüntülərinin nisbətində (döyüntülərin faizində) azalma, enerji səviyyələrində isə artma, eyni zamanda daha müsbət əhval-ruhiyyəyə kökləndikləri müşahidə edilmişdir. Bununla yanaşı stres səviyyəsinin də azalması ilə əzələlərin zəifləməsinə, elastikliyinin artmasına və daha taraz olmalarına da kömək edir.

Radioloji terapiyanın gedişatında yalnız yoqa hərəkətləri edərək zəifləyən  xəstələr daha az düşkünlük hiss etdiklərini bildirmişlər. Müalicə prosesində yoqa hərəkətlərini ötürməyən xəstələr müalicədən sonra 1-3 və 6 ay keçdikdən sonra ümumi sağlamlıqları baxımından yoqa hərəkətlərini etməyin faydalarını gördüklərini bildirmişdir. Həmçinin bu qadınlar yoqa hərəkətləri etməyənlərə nəzərən həyata və xərçəng təcrübələrinə qarşı daha müsbət mövqe tutmuşdur.

Yoqa hərəkətləri edən xanımların gün ərzində kortizol səviyyələrində isə nəzərə çarpan azalma müşahidə edilmişdir. Bu simptomlar nəticəsində yoqanın stres hormonunu azaltmaqda təsiri də göz qabağına gəlmişdir. Haqqında danışılan mövzu xərçəng xəstələri üçün əhəmiyyətlidr, çünki stres hormonu səviyyəsinin gün ərzində yüksək olması (bədxassəli sutkalıq kortizol ritmi də adlandırıla bilər) xüsusilə süd vəzisi xərçəngi xəstələrində arzuolunmaz nəticələrin yaranması ilə əlaqələndirilə bilər.

Yoqanın sizin üçün də etibarlı seçim olub olmadığını gələn dəfə həkiminizi gördükdə məsləhət edin. Əgər bundan əvvəl heç yoqa ilə məşğul olmamasınızsa, ictimai   mərkəzlərdə olan yoqa siniflərində iştirak edərək bu idmanı özünüz üçün kəşf edin.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.