Randevu Al Bizi Arayın+90 212 385 31 00

Şəkərli içkilər hər il dünyada 180.000 insanın ölümündə rol oynayır!

Neolife_Kanser-facebook-210117-300-300

Şekerli İçecekleri Tüketirken Dikkat!

Amerikan Ürək Dərnəyi tərəfindən həyata keçirilən bir çalışmaya görə; dünyada hər il diabetdən 133000, ürək və damar xəstəliklərindən 44000 və xərçəngdən 6000 ölüm şəkərli içki istifadəsi ilə əlaqədar dünyadan köçür.

Bu işin müştərək müəllifi və Bostonda olan Harvard İctimai Səhiyyə məktəbində tədqiqat işçisi olan Gitanjali Singh “Şəkərli içkilər kalori və şəkər baxımından zənginkən, qida dəyəri baxımından kasıb olduğu üçün bu içkiləri qəbul etmək sizin özünüzü tox hiss etmənizi təmin etməz, beləliklə normal yeməyinizi də yeyrəsiniz.” Deyə bildirir və davam edir “Həddindən artıq qəbul edilmiş kalori çəki artırmanıza, qısaca diabetlə ürək və damar xəstəlikləri riskinin artmasına kömək edir.”

Başqa bir çalışmaya görə Amerikada həddi-buluğa çatanların 36%-i və gənclərin 17%-i piylənmədən əziyyət çəkir. Xüsusi ilə, Nyu-Yorkdakı siyasi qurucular qazlı içki, şəkər tərkibli meyvə şirəsi, soyuq çay və idmançı içkiləri daxil olan işçi qrupunun məhsullarından istifadəyə məhdudiyyətlər qoymaq üçün müzakirələr aparır.

Çalışmada tədqiqatçılar əvvəlcə şəkərli işçi istifadəsi və piylənmə faizini, daha sonra isə diabet, ürək və damar xəstəlikləri ilə xərçəng səviyyələrinə görə artan piylənmə faizini müqayisə edərək, şəkərli içki və ölüm faizi arasındakı əlaqəni ortaya qoyur.

Həddindən artıq istifadə

Araşdırmalara  görə Latın Amerikası diabet xəstələrində şəkərli içkilərlə əlaqədar ölümlərin ən çox baş verdiyi ölkədir. Tədqiqatçılara görə qəbul edilən şəkərli içki miqdarı ilə əlaqədar ən yüksək ölüm faizi hər 1 milyon yetkində 318 ölüm ilə Meksikada, şəkərli içki istifadəsinin çox olduğu ölkədə müşahidə edilir. Şərqi və Orta Avrasiya isə içkilərlə əlaqədar ən yüksək ürək və damar xəstəlikləri rəqəminə sahibdir.

Vermont Universitetində tibb və qida sektorunda tədris işçisi olan Rachel K.Johnsonun araşdırmada olan videoda qeyd etdiyi kimi: “ABŞ-da ən böyük kalori mənbəyi şəkərli içkilərdir. Bu kalorilər digər qidalar kimi davranış nümayiş etdirmir. Şəkər tərkibli işçilər ilə əlaqədar problemlərdən biri qatı qidalarda olduğu kimi bir kalori balanslaşdırmasını həyata keçirə bilməməyimizdir. Başqa cür desək, şəkər tərkibli bir içki qəbul etdiyimizdə, qəbul etdiyimiz qidaların miqdarını azaltmırıq.”

Ancaq bu çalışmanın səbəb-nəticə əlaqəsini sübut etmədiyi, sadəcə şəkərli içki qəbulu və ölüm faizi arasında bir əlaqə olduğu vurğulanır.

Tədqiqatçılar siqaretdə olduğu kimi şəkərli içkilərdə də bir vergi tətbiq olunmasının, ya da reklam və məhsul əldə etmədə məhdudiyyət qoyulmasının, istifadəni azaldacağına inanır və araşdırmanın dünya miqyasında on minlərlə ölümün şəkərli içki qəbul etməsi səbəbi ilə baş verdiyini müdafiə edirlər. Bir çox insan bu  halın qanun hazırlayanları şəkərli içki qəbulunu aşağı salmaq üçün güclü tədbirlər görmə nöqtəsində hərəkətə keçirmə zəruriliyini müdafiə edir.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.