Randevu Al Bizi Arayın+90 212 385 31 00

Müalicə başa çatdıqdan sonra xərçəngin sosial  və emosional təsirləri

kanserin-sosyal-duygusal-etkileri-thumb

Tedavi Bittikten Kanserin Sosyal ve Duygusal Etkileri

Xərçəng xəstəliyinə qalib gəlmiş xəstələrdə fiziki təsirlərə əlavə olaraq psixoloji, emosional təsirlər də müşahidə olunması normaldır. Bu vəziyyət həyat keyfiyyətinə təsir edir  və müalicədən illər sonra belə ortaya çıxa bilər. Bu insanlarda müşahidə olunacaq problemlərin ən geniş yayılanları bu şəkildə sadalana bilər:

Xərçəngin təkrar qayıtma qorxusu

Xərçəng xəstəliyindən xilas olan insanlarda xərçəngin bir nöqtədə yenidən ortaya çıxacağına dair bir qorxu vardır. Bəzilərinə müəyyən bir gün bu vəziyyəti xatırlada bilər. Məsələn, xərçəng diaqnozunun ildönümü bu qorxunu yarada bilər. Bu qorxu, insanın daha sağlam bir həyat üçün həkimi ilə görüşməsini təşviq edirsə, yaxçı bir şey ola bilər. Digər hallarda isə yersiz bir narahatlığa səbəb olur.

İnsanın bədənini tanıması, ondakı normal və adi dəyişikliklər ilə həyəcan yaratması zəruri olan ciddi simptomlar arasındakı fərqi görməsinə kömək edir.

Yaş

Yaş itkinin təbii bir nəticəsidir. Xərçəng səbəbi ilə sağlamlığınızı, cinsi həyatınızı, məhsuldarlığınızı və fiziki sərbəstliyinizi itirə bilərsiniz. Bu üzüntünü tərk etməyiniz üçün özünüzə bu hisləri yaşamaq üçün icazə verməniz əhəmiyyətlidir. Müxtəlif dəstək qrupları və konsultasiya xidmətləri sizin bu mərhələni güclü bir şəkildə keçməyinizə kömək edəcəkdir.

Depressiya

Xərçəng müalicəsi alanların təxminən 70%-nin depressiyaya girdiyi təxmin edilir. Ancaq, depressiya əlamətlərinin xərçəng müalicəsində ortaya çıxan əlavə təsirlərlə ortaya çıxan çəkinin azalması, həddindən artıq halsızlıq, yuxu problemi və konsentrasiya pozğunluğu ilə oxşar olması səbəbi ilə müəyyən olunması çətindir və mütləq bir mütəxəssis dəstəyi alınmalıdır. Aparılan bir araşdırmaya görə müalicədən sonra depressiya əlamətlərinin ortaya çıxması daha qısa bir sağ qalma müddəti ilə əlaqələndirilə bilər. Bu səbəblə, xərçəngdən sonra depressiya üçün bir mütəxəssisdən yardım almaq çöx əhəmiyyətlidir.

Bədən forması və özünə inam

Xərçəng xəstəliyinin müalicəsi zamanı bədəndə bir üzvün götürülməsi, bədəndə pozğunluğun yaranması və ümumiyyətlə, bağırsaq, sidik kisəsi olmaqla bir orqanının itirilməsi, xərçəng xəstələrinin özləri ilə və digər insanlarla olan münasibətlərinə təsir edir. Neqativ bir bədən forması  və özünə inamın aşağı səviyyədə olması insanın tərəf müqabili ilə olan münasibətlərinə də təsir edir. Bu hal isə həyat keyfiyyətinin açağı düşməsinə səbəb olur. Xərçəngdən sonra yaxşı ünsiyyət qura bilmək yaxınlığın yenidən qazanılması  və dəstəklənməsi baxımından olduqca əhəmiyyətlidir. Əgər buna bənzər problemlər varsa, tibbi yardım almalısınız.

Mənəviyyat

Xərçəng xəstəliyindən xilas olan bir çox xəstə üçün xərçəngdən sonra həyata daha fərqli bir məna daşıyır  və dini bağlılıqları  iləı mənəvi həyatlarını gözdən keçirirlər. Araşdırmalar;mənəviyyata yönəlmə ilə gələn sosial həmrəylik və adaptasiyanın; depressiyanı azaltdığını və insanın daha yaxşı bir psixologiyaya və hətta fiziki vəziyyətə sahib olduğunu göstərir.

Günahkarlıq hissi

Bəzi insanlar başqaları xərçəng xəstəliyinə məğlub olarkən, özlərinin xərçəng xəstəliyinə qalib gəlmələri ilə əlaqədar günahkarlıq hissi duyurlar. “Niyə mən?”deyə maraqlana bilərsiniz , ya da həyatdakı məqsəd və arzularınızı yenidən gözdən keçirməyə başlaya bilərsiniz. Əgər uzun müddət bu tərz bir günahkarlıq hissi keçirirsinizsə; bir psixoterapist, ya da dəstək qrupu iszə hisləriniz haqqında danışma fürsəti verərək kömək edə bilər.

Münasibətləriniz

Xərçəngə qalib gələn xəstələrin qarşılaşdığı bəlkə də ən əhəmiyyətli çətinlik, digər insanların öz xəstəliyinə qarşı münasibətidir. Dostlar, iş yoldaşları və ailə fərdləri xərçəng diaqnozunuz haqqında danışarkən qəribə hiss edə bilərlər. Səssiz qala bilər, heç bir şey olmamış kimi hərəkət edə bilərlər. Bəziləri isə problemləriniz haqqında müzakirələr apara biləcəyiniz insanlar olmaq yerinə, işə yumor hissi qataraq zehninizi bu vəziyyətdən uzaqlaşdırmağa çalışa bilərlər. Xərçəngin uzun müddətli bir xəstəlik olması ilə əlaqədar, ünsiyyət maneələrini erkəndən aradan qaldırmaq olduqca əhəmiyyətlidir.

Həyat və iş yeri

Sosial və professional həyata geri qayıtmaq bir çox qorxunu özü ilə gətirə bilər: daha yüksək bir infeksiya riski olan dünyaya geri qayıtmaq, iş günü ərzində yetərli emerjiyə sahib ola bilməmək, kimyəvi terapiya , ya da ortaya çıxan yaddaş itkisindən ötrü zehin açıqlığında problem yaşama narahatlığı. Həyat və ölüm problemləri ilə mübarizə etdikdən sonra, bir çox əvvəlki xərçəng xəstəsi; onlarla eyni təcrübəni yaşamamaları ilə əlaqədar digərlərindən uzaq hiss edə bilər, dəstək və yoldaşlıq üçün digər xərçəng xəstəliyinə qalib gələn insanlara yönələ bilərlər.

Müdir, ya da iş yoldaşlarınıza fərqli münasibət görməkdən, ya da iş və sığortanızı itirməkdən qorxduğunuz üçün xərçəng müalicəsi aldığınızı açıqlamaq mövzusunda istəksiz ola bilərsiniz. Bu vəziyyət qeyri müəyyən bir atmosfer yaratmaqla birlikdə stresi özü ilə gətirir. Təkrar edirik: bu hisləri geridə qoya bilmək üçün yoldaşlarınızla əlaqələri qoruyub saxlayın.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.