Randevu Al Bizi Arayın+90 212 385 31 00

Türkiyədə ildə 161 000 insana xərçəng diaqnozu qoyulur

turkiyede-kanser-thumb

Türkiye’de Yılda 161 Bin Kişiye Kanser Tanısı Konuyor

Xərçəng şübhəsiz dövrümüzün xəstəliyi və hamımız bu xəstəlik haqqında  son zamanlarda daha tez-tez eşidirik. İnkişaf edən texnologiya ilə erkən diaqnoz  və müalicə faizlərinin yüksəlməsinə baxmayaraq, insanların fərdi bilikləri xərçəng xəstəliyinin diaqnoz və müalicəsində böyük rol oynayır.

Türkiyə Xalq Səhiyyə Qurumu Xərçəng İdarə Rəhbərliyinin məlumatları istiqamətində xərçəngin ölkəmizdəki sıxlığına baxdığımızda ildə təxminən 161 000 insana xərçəng diaqnozu qoyulduğunu görürük. Aparılan araşdırmalarda Türkiyənin gedərək yaşlanan bir əhaliyə sahib olduğu və bu yaşlanan əhali ilə birlikdə xərçəng xəstələrinin artdığı müşahidə edilir. Yaş və xərçəng xəstələrinin artımındakı yüksək faiz nəzərə alınaraq 2023  və 2050 –ci illərdə Türkiyə əhalisinin nisbətən yaşlanacağı və bununla əlaqədar olaraq da xəstələrin artacağı ehtimal olunur.

Kişi və qadınlardakı genetik və bioloji məlumatlar nəticəsində tez-tez rast gəlinən xərçəng növləri fərqlidir. Qadınlar üzərində aparılan araşdırmalarda üç fərqli yaş aralığı nəzərə alınaraq, statistik məlumatlar aşkar edilmişdir. 25-49 yaş arası qadınlara baxıldıqda ən çox rast gəlinən xərçəng növünün 34.4 %-nin döş xərçəngi olduğunu, döş xərçəngini 16.9% faizlə qalxanvari vəzi xərçənginin izlədiyi müşahidə edilir.

Qadınlarda 50-69 yaş aralığına baxıldıqda isə döş xərçəngi faizinin 23.9%-nə düşdüyü müşahidə edilir. Döş xərçəngindən  sonra bu yaş aralığında ən çox müşahidə edilən xərçəng növü Kolorektal (bağırsaq) xərçəngidir. Qadınların 25-49 və 50-69 yaş aralıqlarında ən çox müşahidə edilən xərçəng növü də döş xərçəngidir. Döş xərçənginin müalicə mərhələdində isə unutmamalıyıq ki, ən əhəmiyyətli faktor erkən diaqnozdur. Mütəxəssislər ildə bir dəfə həyata keçiriləcək sistemli müayinə ilə insanların döş xərçənginə tutulma risklərini azalda biləcəklərini və ya erkən diaqnozla müalicə prosesini daha rahat keçə biləcəklərini müdafiə edir.

70 yaş və indan yuxarı yaş həddinə gəldikdə isə bəzi xərçəng növlərinin faiz nisbətində azalma müşahidə edilsə də, bəzi xərçəng növlərində artma izlənilir. Ancaq, qadınlarda ən çox rastlanılan xərçəng növü olan döş xərçəngi 70 yaş və ondan yuxarı yaş həddində olan qadınlarda faiz olaraq azalma meyilliliyi olsa da, ən çox rast gəlinən xərçəng növü olmağa davam edir.

Kişilər üzərində də qadınlarda olduğu kimi üç fərqli yaş aralığı nəzərə alınaraq, statistik işlər aparılmışdır. 25-49 yaş aralığına baxıldıqda, kişilərdə ən çox müşahidə olunan xərçəng növü 20.6%-lə ağciyər xərçəngidir. Ağciyər xərçəngindən sonra bu yaş aralığında müşahidə olunma tezliyi ən çox olan xərçəng növü 7.9%-lik nisbətlə kolorektal (bağırsaq) xərçəngdir.

Kişilərdə 50-69 yaş aralığına baxıldıqda, ən çox rast gəlinən xərçəng növlərinin sıralaması çox dəyişməsə də, xərçəng növlərinin faizlərində dəyişikliklər müşahidə edilir. 25-49 yaş aralığında ağciyər xərçənginin müşahidə olunması 20.6% ikən 50 və 60 yaş aralığında ağciyər xərçəngi olan və müşahidə olunma tezliyi ən çox olan növ 11.2% -lə prostat xərçəngidir.

Kişilərdə 70 yaş və bundan yuxarı yaş həddi araşdırıldıqda bəzi xərçəng növlərinin müşahidə olunma faizlərində düşmə izlənilərkən, bəzi xərçəng növlərində artım izlənilir. Kişilərdə bu yaş aralığında ağciyər xərçəngi birinci sırada yer tutsa da, prostat xərçəngi digər yaş aralıqlarına görə ciddi şəkildə artmışdır. Bu nöqtədə insanlar yaşlarına və genetik keçmişinə görə hansı yaşda hansı skrininqlərin olunmasını mütəxəssislərlə məsləhətləşməlidir.

Yuxarıdakı cədvəlləri ümumiləşdirdikdə; xərçəng diaqnoz və müalicəsində erkən diaqnozun əhəmiyyəti mütəxəssislər tərəfindən sistemli olaraq vurğulanarkən, diaqnoz yaşının 20 yaşlarına qədər düşdüyü müşahidə edilir. Qadın və kişilərdə ən çox rast gəlinən 10 xərçəng növünü yaş bazasında qiymətlədirsək, xərçəngin geniş bir yaş aralığı üçün təhlükə yaratdığını asanlıqla görə bilərik. Qadınlarda uşaqlıq dövründə leykemiya, gənclik dövründə qalxanvari  vəzi və həddi-buluğa çatmış dövrlərdə döş xərçəngi daha çox təsadüf edilərkən; kişilərdə uşaqlıq dövründə leykemiya, gənclik dövründə xayalıq və həddi-buluğa çatma dövründə ağciyər xərçəngi daha çox müşahidə edilir.

Xəçəngin ümumi quruluşuna baxıldıqda yaş, cins və genetika kii faktorlar dəyişdirilə bilməyən amillər olsa da, dəyişdirilə bilən amillər olaraq adlandırılan bir çox xarici faktor səbəbi ilə də insanlar bu xəstəliklə mübarizə aparmaq vəziyyətində qala bilər. Dəyişdirilə bilən amillər olaraq adlandırılan bu amillər arasında siqaret və spirtli içki  qəbulu, havanın çirkli olması, bəzi kimyəvi maddələr (qətran, asbest, benzin və s.) bəzi viruslar və pis qidalanma vərdişləri yer tutur.

Həyat tərzinizdə edəcəyiniz kiçik dəyişikliklərlə günümüzün xəstəliyi olan xərçəngə tutulma riskini minimuma endirə bilərsiniz.

Bütün bu cədvəllər ümidsizliyə qapılmamıza səbəb ola bilər, ancaq unudulmaması zəruri olan bir nöqtə də var, insanın öz bədəninə qoyduğu sərmayə əsla qarşılıqsız qalmayacaqdır.

 

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.