Randevu Al Bizi Arayın+90 212 385 31 00

Xərçəng xəstəsi yaxınlarına tövsiyələr Müt. Psx. Elçin Biçer

uzm-psk-elcin-bicerin-kanser-hastasi-yakinlarina-tavsiyeleri-300-300

Xəstənin yaxınlarının, öz proqnozları əvəzinə «Mənim xəstəmin nəyə ehtiyacı var?» sualını tez-tez soruşmalarını təklif edirəm. Daima şən, əyləncəli və gülməli olmağa çalışmaq əvəzinə xəstənin psixoloji vəziyyətinə uyğun şəkildə onun yanında olurlar. Beləliklə, xəstə öz hisslərinin ifadə edən mühit tapmış olur.

Həqiqətən də cavabı məlum olmayan suallara cavab vermək məcburiyyətində hiss etmək, daima eyni təsəlli verici cümlələrdən istifadə etmək məcburiyyətində qalmaq əvəzinə yaxşı dinləyici olmaq xəstənin tələbatını daha çox yaxşı ödəyir.

Tədqiqatlar ifadə edilməmiş dərin hisslərin belə xəstəliklərin əsasını qoyduğunu göstərir. Bəlkə də buna görə klinikada xəstələrə tez-tez özünü «əvvəlki» vəziyyətə gətirməkdən danışdığımızı bildim.

Ən azından müalicə gedişi ərzində;

  • Hər gün onlara yaxşı təsir edən şeyləri etmək,
  • Həddən artıq həyəcanlandıqda özlərini rahat hiss etdikləri şəxs yaxd şəxslərlə bunu bölüşmək sərbəstliyini özünə vermək,
  • Müalicəsini etibar etdiyi həkimin yanında davam etdirirsə, internetdən araşdırmaq əvəzinə (həddən artıq məlumat pozğunluğu və ya qarışıqlığı vardır) suallarını həkimindən soruşmaq;
  • Müalicənin müddəti ərzində mövcud bütün mənbələrdən istifadə etmək (İnsan resursu və əməkdaşlıq da ola bilər),
  • Böyük çətinlik anını gözləmədən psixoloji kömək tələb etmək,

kimi məsələlərə xərçəng xəstələrinin və yaxınlarının diqqət yetirməsi çox faydalı olacaqdır.

Psixoonkoloq Elçin Biçer kimdir?

1982-ci ildə İstanbulda doğulmuşdur. 2006-cı ildə Boğaziçi Universitetini Psixologiya ixtisası üzə bitirmişdir.

İstanbul Universitetinin Prevantiv Onkologiya ali peşə istiqamətinin Psixo-sosioloji onkologiya üzrə magistratura proqramını bitirmişdir. 2010-cu ildən üzü bəri Neolife Tibb Mərkəzində psixo-onkoloq kimi işləyir. Bu müddətdə  elmi davranış terapiya məşğələləri, İstanbul Psixoanaliz Dərnəyindən psixoanaliz məşğələləri, İnternational Advanced Dance Movement Therapy İnstitute-dən rəqs/hərəkət terapiyası və Tibbi hipnoz Dərnəyindən European Society of Hynpnosis-in təsdiq etdiyi tibbi hipnoz məşğələlərini keçmişdir.

Müt. psx. Elçin Biçer haqqında daha çox məlumat üçün bura baxa bilərsiniz.

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.