Randevu Al Bizi Arayın+90 212 385 31 00

Həyat tərzinizi dəyişdirin, xərçəng riskini azaldın

yasam-tarzinizi-degistirin

Yaşam Tarzınızı DeğiştirinTürkiyədə hər il 150 min yeni xərçəng xəstəliyi diaqnozu qoyulur. Bu rəqəm dünyadakı orta qiymətdən aşağı olsa da, tendensiyaların mütəmadi olaraq artdığı və tədbir görülməsə, 2030-cu illərdə teşhis edilən xərçəng xəstələrinin sayının ildə 400.000-nə çatacağı göstərilir. Düzgün olmayan qidalanma və siqaret isə qarşısı alına bilən səbəblər arasında başda gəlir. Xərçəng riskini azaltmaq üçün fərdlərə həyat tərzlərində dəyişiklik etmələri tövsiyə edilir.

  1. İdeal çəkinizi müəyyən edin: Artıq çəkilərinizdən sağlam üsullarla xilas olun. Uşaqlıq, öd kisəsi, böyrək, mədə, süd vəzisi və bağırsaq xərçəngi piylənmə ilə əlaqəlidir.
  2. Gündəlik pəhrizinizi çeşidləndirin: Geniş çeşiddə qidalardan istifadə edin.
  3. Həftədə 5-9 porsiya meyvə və tərəvəz yeyin: Riayət etməli olduğunuz mühüm qayda, gündə ən az 3 müxtəlif rəngdə meyvə və ya tərəvəz yeməkdir. Meyvə və tərəvəzlərin piqmentlərində müxtəlif bioaktiv komponentlər vardır.

 

  1. Pəhriz kütləsi yüksək olan qidalardan istifadə edin: tam dənli bitkilərdən olan çörəklər, paxlakimilər və tərəvəzlər də daxil olmaqla yüksək lifli qidalar. Yüksək lifli qidalar bağırsaq xərçəngi riskinin aşağı salınmasına təsir göstərir.

 

  1. Gündəlik yağ qəbulunu azaldın: Adam başına təxminən 25-30 qram yağ kifayətdir. Lakin yağı məhdudlaşdıran pəhrizlər uşaqlar üçün məsləhət görülmür.

 

  1. Siqaret çəkirsinizsə, dərhal ATIN!: Siqaret çəkənlərin ətrafındasınızsa, uzaqlaşın. Siqareti atan şəxslər hansı yaşda olursa olsun, siqaret çəkməyə davam edən şəxslərdən daha çox yaşayır. Siqareti atmaq ağciyər, qırtlaq, qida borusu, ağız, mədəaltı vəzi, sidik kisəsi və uşaqlıq xərçəngi riskini azaldır. Nikotində 4000-dən artıq kimyəvi komponent və 43 fərqli kanserogen maddə vardır. Siqaret çəkmək qarşısı alınan ölüm səbəbidir.

 

  1. Spirtli içkidən istifadəni məhdudlaşdırın: Spirtli içkidən istifadə, qida borusu, boğaz və süd vəzisi xərçəngi riskini artırır. Pivədən həddən artıq istifadə edən insanlarda artan rektal xərçəng faizi müşahidə edilir. Bundan başqa spirtli içkidən istifadə edən şəxslərdə daha yüksək faizdə qaraciyər xərçəngi müşahidə edilir.

 

  1. Duzdan istifadəni məhdudlaşdırın: Duza qoyulmuş, hisə verilmiş, tərkibində nitrat olan qidalardan uzaq olmalısınız. Beynəlxalq tədqiqatlar bulə qidalardan çox istifadə edən insanlarda mədə və qida borusu xərçənginə daha tez-tez rast gəlindiyini göstərir.

 

  1. Tərkibində D vitamini olan məhsulları qəbul edin: D vitaminindən az miqdarda qəbul etmək süd vəzisi, bağırsaq və mədəaltı vəzi xərçənginin artmasına səbəb olur.

 

Bu tövsiyələrdən istifadə etdikdə nəticə necə olacaq?

Bu tövsiyələrə riyayət etsəniz və mütəmadi olaraq idman hərəkətləri proqramı keçsəniz (həftədə 2-3 dəfə) xərçəng riskini olduqca çox azalda bilərsiniz.

Anaların dediyi kimi: «tərəvəzlərinizi yeyin!»

 

Yaxşı, bu tövsiyələri necə həyata keçirə bilərsiniz?

  • Bir dostunuzla birlikdə həyata keçirin.
  • Həftəlik qidalanma və idmanın hesabatını tutun.
  • Qidalanmağınızda vaxt keçdikcə kiçik dəyişikliklər edin.
  • Xərçəngdən qorunmaq üçün istifadə etməli olduğunuz qida ilə bağlı tövsiyələri izləyin.
  • Müəyyən vaxt ərzində özünüzü mükafatlandırın.

 

Online Randevu Doktorunuza Sorun
© 2016 Neolife Tıp Merkezi bir Bozlu Holding kuruluşudur.