Xərçəng xəstələri üçün yayın istisində sərinlik

kanser-hastalari-icin-gunesten-korunma-yollari-header

Yay bir çox insan üçün ən sevilən vaxtdır. Təbiətin yaşıllığı ilə günəş işığı və isti şərait uzanan günlərdə üstünlük təşkil edir. Lakin havanın istisi artdıqda günəş şüalarından və istilərdən özümüzü qorumaq üçün və sağlam qala bilmək üçün bəzi məqamları yaddaşımızın saxlamaq faydalıdır.

  • Qoruyucu geyimlər geyməklə və şapka qoymaqla dərinizi günəşin təsirinə məruz qalmaqdan qoruyun.
  • Günəş işığının təsirinə birbaşa məruz qalırsınızsa, 30 və daha yuxarı amillərdə günəş kremindən istifadə edin.
  • Günəş eynəklərinizi unutmayın. Gözünüğün sağlamlığı üçün əhəmiyyətlidir.
  • Yerimə və idman hərəkətləri üçün səhər tezdən (səhər 10:00-a kimi) yaxud günəşin təsirinin azaldığı axşamüstü vaxtlara (16:00-dan sonra) üstünlük verin.
  • Gün ərzində çoxlu su və maye için. Çay və qəhvənin əslində diuretik olduğunu, bədəndən suyu çıxardığını yadınızdan çıxarmayın, belə içkilərdən istifadəni lap azaldın.
  • Bol və rahat, pambıq parçalardan istehsal edilmiş geyimləri geyin.
  • Bayırda olduğunuz vaxt çətir və ya pavilyon altı kimi kölgə olan sahələri seçməyə çalışın.
  • Dərinizi nəm saxlamaq və qorumaq məqsədilə yüngül nəmləndirici kremdən istifadə etməyi unutmayın.

Xərçəng xəstəsi kimi istifadə etdiyiniz dərmanların yan təsirləri nəticəsində dehidratasiya (susuzluq)  və termiki yanıq üçün normadan daha artıq risk altında olacağınızı unutmayın. Bayırda sizdən fiziki olaraq aktiv olmaq tələb olunursa, məsələn bağda işləyirsinizsə yaxud bayırda idman hərəkətləri edirsinizsə, su içmək üçün tez-tez fasilə edin və ılıq duşla sərinləyin.

Yeməklərinizdən təzə və yüngül olmasına diqqət edin. Yemiş, şaftalı, armud, xiyar və pomidor kimi yay meyvə və tərəvəzlərə üstünlük verin. Daha çox sərinlik üçün meyvəli şərbət və meyvə kokteyllərindən ləzzət alın.